07-06-2017
 

ƏHMƏDOV VAQİF MƏLİK OĞLU

22 yanvar 1941-ci ildə anadan olmuşdur. 1958-ci ildə orta məktəbi bitirərək Bakı Dövlət Universitetinin Kimya fakültəsinə daxil olmuş, 1963-cü ildə fərqlənmə diplomu ilə bitirərək, EA-nın Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda əmək fəaliyyətinə başlamışdır. 1963-cü ildə SSRİ EA A.Nesmeyanov adına Element-üzvi Birləşmələr İnstitutunun aspirantı olmuş və namizədlik dissertasiyası müdafiə etmiş, Neft-Kimya Prosesləri İnstitutuna qayıdaraq, kiçik elmi işçi, baş elmi ışçi, laboratoriya rəhbəri vəzəfələrində çalışmışdır. 1977-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş, 1982-ci ildə professor elmi adına layiq görülmüşdür.

1984-1998-ci illərdə BDU-nun “Neft kimyası və yüksəkmolekullu bir­ləşmələr kimyası” kafedrasının müdiri vəzifəsində işləmişdir. Hazırda EA-nın akad. M.F.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda “Nanokompozit katalizatorlar” laboratoriyasının rəhbəri vəzifəsində çalışır.

 Elmi fəaliyyəti, əsasən, oliqomerləşmə və polimerləşmə proseslərinin və metal komplekslərinin tədqiqi sahəsinə aiddir. Aparılan işlərin nəticələri 190-dan çox elmi əsərdə, o cümlədən 5 patent və 45 müəlliflik şəhadətnaməsində öz əksini tapmışdır. Elmi rəhbərliyi ilə 1 doktorluq və 15 namizədlik dissertasiyası yerinə yetirilmişdir.

Respublikada ilk dəfə olaraq, əvvəlcə EA-nın Neft-Kimya Prosesləri İnstitutunda (1977), sonra isə BDU-da (1988) “Metalkompleks katalizatorları“ Elmi-tədqiqat laboratoriyalarını yaratmışdır. Oksford Universiteti (İngiltərə), Kanzas Universiteti (ABŞ), Roma Universiteti (İtaliya), Orta Doğu Texnik Universiteti (Türkiyə) və Səudiyyə Ərəbistanının Kral Əbdüləziz adına Elmi Mərkəzinin professoru və elmi araşdırıcısı kimi çalışmışdır. Kataliz və Qeyri-üzvi Kimya İnstitutu nəzdində Dissertasiya Şurasının üzvüdür.

Digər yazılar

YAQUBOV NAĞI İBRAHİM

ŞIXƏLİYEV NAMİQ QÜRBƏT

SÜLEYMANOVA ELMİRA TEYMUR QIZI

ƏKBƏROV ELÇİN OQTAY OĞLU

HÜSEYNOVA AFƏT TEYMUR QIZI

NAĞIYEV XƏLİL CAMAL OĞLU

HƏSƏNOVA ÜLVİYYƏ ƏLİMƏMMƏD QIZI

MƏMMƏDOV İBRAHİM QƏRİB OĞLU

ALOSMANOV RASİM MİRƏLİ OĞLU

QURBANOVA MƏLAHƏT MÜSRƏT QIZI

ÇIRAQOV FAMİL MUSA OĞLU

MƏMMƏDOV SABİT EYYUB OĞLU

YUSUBOV NİFTALI NADİR OGLU

SADIQOV FUAD MİKAYIL OĞLU

YUSİBOV YUSİF ƏMİRALI OĞLU

MUSTAFAYEV AĞA MƏHƏMMƏD OĞLU

MİRZAİ CƏBRAYIL İSRAFİL OĞLU

ƏHMƏDOV ELDAR İSA OĞLU

ƏZİZOV ABDULSƏYİD ƏBDÜLHƏMİD OĞLU

İLYASLI TEYMUR MƏMMƏD OĞLU