07-06-2017
 

ƏLİYEV İSMAYIL ƏHMƏDƏLİ OĞLU

27 fevral 1947-ci ildə anadan olmuşdur. 1965-ci ildə Bakı Dövlət Universitetinin Kimya fakültəsinə daxil olmuş və 1970-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. BDU-da 1970-ci ildən başlayaraq aspirant, laborant, metodist, müəllim, baş müəllim, dosent və professor vəzifəsində çalışmışdır. 1994-cü ildə Marmara Universitetində (İstanbul) TUBITAK-DOPROK (NATO) proqramı üzrə, 1997-2000-ci illərdə isə 100-cü Yıl Universitetində (Turkiyə, Van) prof. dr. vəzifəsində çalışmışdır. 2000-2006-cı illərdə BDU-nun magistratura, aspirantura və doktorantura şöbəsinin müdiri, 2006-2011-ci illərdə Elmi işlər üzrə prorektor vəzifəsində işləmişdir. 2011-ci ildən Həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının müdiri seçilmişdir. 2014-cü ildən BDU rektorunun ümumi məsələlər üzrə müşaviridir. 1976-cı ildə namizədlik, 1990-cı ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1991-ci ildən Üzvi kimya kafedrasının professorudur.

212 elmi əsərin, o cümlədən, 2 dərsliyin, 3 dərs vəsaitinin, 2 metodik göstərişin, 2 dərs proqramının, 9 patentin və 2 müəlliflik şəhadətnaməsinin müəllifidir. Dövrü mətbuatda 55-dən çox irihəcmli məqalələri nəşr edilmişdir. Rəhbərliyi ilə 1 fəlsəfə doktoru, 5 magisrtant hazırlanmışdır.

Bakı Dövlət Universitetinin Elmi Şurasının, “Bakı Universitetinin xəbərləri”, “Journal of Qafqaz University chemistry and biology an İnternational journal” jurnallarının redaksiya heyətlərinin üzvü, Bakı Dövlət Universitetinin nəzdindəki D 02.011 Dissertasiya Şurasının üzvüdür. Yasamal rayonu Ağsaqqallar Şurası sədrinin müavinidir.

«Şöhrət» ordeni ilə təltif edilmişdir. Təhsil Nazirliyinin «Qabaqcıl təhsil işçisi» döş nişanına (2007), «Qızıl qələm» media mükafatı diplomuna (2013), Azərbaycan Respublikası KİV tərəfindən «İlin alimi» (2013) fəxri mükafatına, Azər.KİV-nin «Şöhrət» mükafatına (2014), dəfələrlə Təhsil Nazirliyi və Bakı Dövlət Universiteti rəhbərliyinin Fəxri fərmanlarına və təşəkkürlərinə layiq görülmüşdür.

Digər yazılar

YAQUBOV NAĞI İBRAHİM

ŞIXƏLİYEV NAMİQ QÜRBƏT

SÜLEYMANOVA ELMİRA TEYMUR QIZI

ƏKBƏROV ELÇİN OQTAY OĞLU

HÜSEYNOVA AFƏT TEYMUR QIZI

NAĞIYEV XƏLİL CAMAL OĞLU

HƏSƏNOVA ÜLVİYYƏ ƏLİMƏMMƏD QIZI

MƏMMƏDOV İBRAHİM QƏRİB OĞLU

ALOSMANOV RASİM MİRƏLİ OĞLU

QURBANOVA MƏLAHƏT MÜSRƏT QIZI

ÇIRAQOV FAMİL MUSA OĞLU

MƏMMƏDOV SABİT EYYUB OĞLU

YUSUBOV NİFTALI NADİR OGLU

SADIQOV FUAD MİKAYIL OĞLU

YUSİBOV YUSİF ƏMİRALI OĞLU

MUSTAFAYEV AĞA MƏHƏMMƏD OĞLU

MİRZAİ CƏBRAYIL İSRAFİL OĞLU

ƏHMƏDOV ELDAR İSA OĞLU

ƏZİZOV ABDULSƏYİD ƏBDÜLHƏMİD OĞLU

İLYASLI TEYMUR MƏMMƏD OĞLU