07-06-2017
 

MUSAYEVA NAİBƏ FAZİL QIZI

5 iyul 1938-ci ildə anadan olmuşdur. 1955-ci ildə Bakı Dövlət Universitetinin Kimya fakültəsinə qəbul olunmuş, 1960-cı ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmiş və aspiranturada saxlanmışdır. Hələ V kurs tələbəsi olarkən AMEA-nın Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlamışdir. 1961-1964-cü illərdə BDU-nun aspiranturasında oxumuşdur. 1964-cü ildən 1992-ci ilədək NKPİ-də, sonralar AMEA-nın Xlor-üzvi Sintez İnstitutunda böyük elmi işçi və laboratoriya müdiri vəzifələrində işləmişdir. 1992-ci ildən köçürmə yolu ilə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının «Kimya, biologiya, tibb və kənd təsərrüfatı» şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir. 2003-cü ilə qədər Ali Attestasiya Komissiyasının Kollegiyasının və Rəyasət Heyətinin üzvü olmuşdur. 1964-cü ildə namizədlik, 1990-cı ildə doktorluq dissertasiyası müdafiə etmişdir.

Əsas elmi istiqaməti üzvi reaksiyaların kinetikasının, mexanizminin, korrelyasiya tənliklərinin, ekstratermodinamik əlaqələrinin müasir fiziki-kimyəvi üsullardan istifadə edərək öyrənilməsindən və onlara əsaslanaraq substrat və reagentlərin reaksiya qabiliyyətinin proqnozundan və müxtəlif reaksiyalar arasında oxşar əlaqələrin miqdari öyrənilməsindən ibarətdir. Apardığı tədqiqatların nəticələri 130 elmi əsərdə, o cümlədən 13 müəlliflik şəhadətnaməsində öz əksini tapmışdır. Onun rəhbərliyi ilə 3 elmlər namizədi hazırlanmışdır. 

1990-1992-ci illərdə Estoniyanın Tartu Universitetində yarımştat böyük elmi işçi olmuş, 1975-ci ildə Azərbaycan Xarici Dillər İnstitutunun İngilis-rus fakültəsini «ingilis dili müəllimi» ixtisası üzrə bitirmişdir. 1999-2000-ci illərdə «AİS»-Sintez yapon dili mərkəzini birinci dərəcəli diplomla bitirmişdir. 2000-ci ildən BDU-nun Şərqşünaslıq fakültəsinin nəzdindəki Yapon dili və ədəbiyyatı kafedrasında «Yapon ədəbiyyatı», «Yapon kalliqrafiyası» fənlərindən mühazirələr oxuyub. Eyni zamanda, Azərbaycan və yapon ədəbiyyatçılarının əsərlərinin komporativistik tədqiqatları üzrə elmi işlər aparıb. Bu sahədə iyirmidən çox elmi iş çap edilmişdir.

Digər yazılar

YAQUBOV NAĞI İBRAHİM

ŞIXƏLİYEV NAMİQ QÜRBƏT

SÜLEYMANOVA ELMİRA TEYMUR QIZI

ƏKBƏROV ELÇİN OQTAY OĞLU

HÜSEYNOVA AFƏT TEYMUR QIZI

NAĞIYEV XƏLİL CAMAL OĞLU

HƏSƏNOVA ÜLVİYYƏ ƏLİMƏMMƏD QIZI

MƏMMƏDOV İBRAHİM QƏRİB OĞLU

ALOSMANOV RASİM MİRƏLİ OĞLU

QURBANOVA MƏLAHƏT MÜSRƏT QIZI

ÇIRAQOV FAMİL MUSA OĞLU

MƏMMƏDOV SABİT EYYUB OĞLU

YUSUBOV NİFTALI NADİR OGLU

SADIQOV FUAD MİKAYIL OĞLU

YUSİBOV YUSİF ƏMİRALI OĞLU

MUSTAFAYEV AĞA MƏHƏMMƏD OĞLU

MİRZAİ CƏBRAYIL İSRAFİL OĞLU

ƏHMƏDOV ELDAR İSA OĞLU

ƏZİZOV ABDULSƏYİD ƏBDÜLHƏMİD OĞLU

İLYASLI TEYMUR MƏMMƏD OĞLU