07-06-2017
 

MUSTAFAYEV AĞA MƏHƏMMƏD OĞLU

9 may 1942-ci ildə anadan olmuşdur. 1958-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinin əczaçılıq fakültəsinə qəbul olunmuş və oranı 1963-cü ildə bitirmişdir. Ali təhsili başa vurduqdan sonra təyinatla Sumqayıt Kimya zavoduna göndərilmiş və orada 1963-1966-cı illərdə kimyaçı vəzifəsində işləmişdir. 1966-69-cu illərdə AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) aspiranturasının əyani şöbəsində oxumuşdur. 1969-1972-ci illərdə NKPİ-də kiçik elmi işçi vəzifəsində çalışmışdır. 1972-ci ildə köçürmə yolu ilə AMEA-nın Polimer Materialları İnstitutuna kiçik elmi işçi vəzifəsinə qəbul olunmuşdur. 1972-ci ildən Azərbaycan Polimer Materialları İnstitutunda kiçik, böyük və aparıcı elmi işçi vəzifələrində işləmişdir. 1997-ci ildən «Doymamış poliefirlər» sektorunun, 2007-ci ildən isə «Doymamış poliefirlər» laboratoriyasının müdiridir. 1971-ci ildə namizədlik, 1991-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 2007-ci ildə «Üzvi kimya» ixtisası üzrə professor adı verilmişdir. 1992-1998-ci illərdə Azərbaycan Milli Zadəganlar Universitetində «Üzvi kimya» ixtisaslarından mühazirələr oxumuşdur. 2001-ci ildən Bakı Dövlət Universitetinin Üzvi kimya kafedrasının professorudur.

Elmi marağının əsas istiqamətini heksabromtsiklopentadienin və onun əsasında 5,5-dioksialkantetrabromtsiklopentadienlərin, 5,5-alkandioksitetrabromspirotsiklopentadienlərin alınmasının səmərəli üsullarını işləyib hazırlamaq və bu dienlərlə funksional əvəzli dienofillərin dien sintezi reaksiyalarını öyrənmək, funksional əvəzli alitsiklik birləşmələrin məqsədyönlü alınma üsullarını işləyib hazırlamaq təşkil edir. Çoxcəhətli elmi-tədqiqat işlərinin nəticələri 160-dan artıq elmi əsərdə, o cümlədən 25 müəlliflik şəhadətnaməsində öz ifadəsini tapmışdır. ABŞ, İngiltərə, Çexoslovakiya, Polşada keçirilən konfransların materiallarında elmi əsərləri çap edilmişdir. Rəhbərliyi ilə 5 elmlər namizədi hazırlanmışdır. BDU-nun nəzdində fəaliyyət göstərən D 02.011 Dissertasiya Şurasının üzvüdür.

Digər yazılar

YAQUBOV NAĞI İBRAHİM

ŞIXƏLİYEV NAMİQ QÜRBƏT

SÜLEYMANOVA ELMİRA TEYMUR QIZI

ƏKBƏROV ELÇİN OQTAY OĞLU

HÜSEYNOVA AFƏT TEYMUR QIZI

NAĞIYEV XƏLİL CAMAL OĞLU

HƏSƏNOVA ÜLVİYYƏ ƏLİMƏMMƏD QIZI

MƏMMƏDOV İBRAHİM QƏRİB OĞLU

ALOSMANOV RASİM MİRƏLİ OĞLU

QURBANOVA MƏLAHƏT MÜSRƏT QIZI

ÇIRAQOV FAMİL MUSA OĞLU

MƏMMƏDOV SABİT EYYUB OĞLU

YUSUBOV NİFTALI NADİR OGLU

SADIQOV FUAD MİKAYIL OĞLU

YUSİBOV YUSİF ƏMİRALI OĞLU

MUSTAFAYEV AĞA MƏHƏMMƏD OĞLU

MİRZAİ CƏBRAYIL İSRAFİL OĞLU

ƏHMƏDOV ELDAR İSA OĞLU

ƏZİZOV ABDULSƏYİD ƏBDÜLHƏMİD OĞLU

İLYASLI TEYMUR MƏMMƏD OĞLU