07-06-2017
 

SADIQOV FUAD MİKAYIL OĞLU

10 aprel 1950-ci ildə anadan olmuşdur. 1966-cı ildə orta məktəbi bitirmişdir. 1967-ci ildə Bakı Dövlət Universitetinin Kimya fakültəsinə daxil olmuş və 1973-cü ildə oranı “Kimyaçı” ixtisası ilə bitirmişdir. Həmin il EA-nın Kimya Problemləri İnstitutunda laborant kimi elmi fəaliyyətə başlamışdır. 1975-1978-ci illərdə həmin institutun «Yarımkeçiricilər kimyası» laboratoriyasının aspirantı olmuş və mühəndis, kiçik elmi işçi vəzifələrində işləmişdir. 1988-ci ildən BDU-nun «Qeyri-üzvi materialşünaslıq» elmi-tədqiqat laboratoriyasına elmi işçi vəzifəsinə seçilmiş, böyük və aparıcı elmi işçi vəzifələrində işləmişdir. 1995-ci ildən Ümumi və qeyri-üzvi kimya kafedrasının professoru vəzifəsinə seçilmiş, 2000-ci ildə professor elmi adı almışdır. 2005-2006-cı illərdə Kimya fakültəsinin dekan müavini vəzifəsində işləmişdir. 1981-ci ildə namizədlik, 1993-cü ildə doktorluq dissertasiyası müdafiə etmişdir.

Elmi istiqaməti yarımkeçirici üçlü nadir torpaq elementləri xalkobstibnit və xalkobismutitləri əsasında effektiv termoelektrik materialların alınmasının fiziki-kimyəvi əsaslarının yaradılmasıdır. Onun tərəfindən ilk dəfə olaraq Ln-BV-X (Ln -nadir torpaq elementləri, BV-Sb, Bi; X-S, Se, Te) tipli 20-dən çox üçlü sistemdə faza tarazlığı tədqiq edilmiş, onların T-X-Y diaqramları qurulmuş, yeni üçlü fazaların əmələgəlmə xarakteri, kristal quruluşu, elektrofiziki xassələri tədqiq edilmiş və onların perspektivli yarımkeçiricilər olması müəyyən olunmuşdur. Elmi-pedaqoji fəaliyyətinin nəticələri 270 elmi əsərdə, o cümlədən 4 müəlliflik şəhadətnaməsi, 4 patent, 9 dərslik və dərs vəsaitində əksini tapmışdır. Rəhbərliyi ilə 1 elmlər doktoru, 8 elmlər namizədi, 15 magistr hazırlanmışdır. Dəfələrlə beynəlxalq simpoziumlarda məruzələrlə çıxış etmişdir.

«Qabaqcıl təhsil işçisi» döş nişanı, keçmiş SSRİ və Azərbaycan komsomol  təşkilatının fəxri fərmanları ilə təltif olunmuşdur. Fakültə Həmkarlar Təşkilatının sədri, fakültə Elmi Şurasının üzvüdür. 

Digər yazılar

YAQUBOV NAĞI İBRAHİM

ŞIXƏLİYEV NAMİQ QÜRBƏT

SÜLEYMANOVA ELMİRA TEYMUR QIZI

ƏKBƏROV ELÇİN OQTAY OĞLU

HÜSEYNOVA AFƏT TEYMUR QIZI

NAĞIYEV XƏLİL CAMAL OĞLU

HƏSƏNOVA ÜLVİYYƏ ƏLİMƏMMƏD QIZI

MƏMMƏDOV İBRAHİM QƏRİB OĞLU

ALOSMANOV RASİM MİRƏLİ OĞLU

QURBANOVA MƏLAHƏT MÜSRƏT QIZI

ÇIRAQOV FAMİL MUSA OĞLU

MƏMMƏDOV SABİT EYYUB OĞLU

YUSUBOV NİFTALI NADİR OGLU

SADIQOV FUAD MİKAYIL OĞLU

YUSİBOV YUSİF ƏMİRALI OĞLU

MUSTAFAYEV AĞA MƏHƏMMƏD OĞLU

MİRZAİ CƏBRAYIL İSRAFİL OĞLU

ƏHMƏDOV ELDAR İSA OĞLU

ƏZİZOV ABDULSƏYİD ƏBDÜLHƏMİD OĞLU

İLYASLI TEYMUR MƏMMƏD OĞLU