07-06-2017
 

MƏMMƏDOV SABİT EYYUB OĞLU

28 oktyabr 1951-ci ildə anadan olmuşdur. 1968-ci ildə Bakı Dövlət Universitetinin Kimya fakültəsinə qəbul olunmuşdur. 1973-cü ildən Zaqatala şəhərində müəllim işləmişdir. 1975-ci ildə AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun əyani aspiranturasına daxil olmuşdur. 1978-ci ildən 1981-ci ilə qədər həmin institutda kiçik elmi işçi vəzifəsində çalışmışdır. 1981-ci ildən BDU-da baş elmi işçi və aparıcı elmi işçi vəzifələrində işləmişdir. 1991-ci ildən BDU-nun Neft kimyası və kimya  texnologiyası kafedrasında baş müəllim vəzifəsində işləmişdir. 1981-ci ildə namizədlik, 1998-ci ildə doktorluq dissertasiyaları  müdafiə etmişdir.

Tədqiqatlarının əsas obyekti metalseolit katalizatorların sintezi və onların iştirakı ilə gedən proseslərin öyrənilməsidir. Seolit katalizi sahəsində geniş elmi-tədqiqat işləri aparır. Sənaye əhəmiyyətli proseslər (izomerləşmə, alkilləşmə, deparafinləşmə, piroliz) üçün yeni tip effektiv katalizatorların yaradılmasında iştirak edir.

2006-cı ildən BDU-nun Fiziki və kolloid kimya kafedrasında professor vəzifəsində çalışır. 250 elmi məqalənin və 10 patentin müəllifidir. Rəhbərliyi ilə 40-dan çox magistr dissertasiyası yerinə yetirilmiş, 6 elmlər namizədi və 1 elmlər doktoru hazırlanmışdır. “Tərəqqi” medalı ilə təltif olunmuşdur. Kimya fakültəsinin Tədris-Metodik Şurasının sədri, BDU-nun nəznində fəaliyyət göstərən D.02.011 Dissertasiya Şurasının üzvüdür.

Digər yazılar

YAQUBOV NAĞI İBRAHİM

ŞIXƏLİYEV NAMİQ QÜRBƏT

SÜLEYMANOVA ELMİRA TEYMUR QIZI

ƏKBƏROV ELÇİN OQTAY OĞLU

HÜSEYNOVA AFƏT TEYMUR QIZI

NAĞIYEV XƏLİL CAMAL OĞLU

HƏSƏNOVA ÜLVİYYƏ ƏLİMƏMMƏD QIZI

MƏMMƏDOV İBRAHİM QƏRİB OĞLU

ALOSMANOV RASİM MİRƏLİ OĞLU

QURBANOVA MƏLAHƏT MÜSRƏT QIZI

ÇIRAQOV FAMİL MUSA OĞLU

MƏMMƏDOV SABİT EYYUB OĞLU

YUSUBOV NİFTALI NADİR OGLU

SADIQOV FUAD MİKAYIL OĞLU

YUSİBOV YUSİF ƏMİRALI OĞLU

MUSTAFAYEV AĞA MƏHƏMMƏD OĞLU

MİRZAİ CƏBRAYIL İSRAFİL OĞLU

ƏHMƏDOV ELDAR İSA OĞLU

ƏZİZOV ABDULSƏYİD ƏBDÜLHƏMİD OĞLU

İLYASLI TEYMUR MƏMMƏD OĞLU