QURBANOVA MƏLAHƏT MÜSRƏT QIZI
27 noyabr 1972-ci ildə anadan olmuşdur. 1989-cu ildə orta məktəbi medalla bitirərək, Bakı Dövlət Universitetinin Kimya fakültəsinə qəbul olunmuş və 1994-cü ildə oranı bitirmişdir. 1994-cü ildə AMEA-nın Ə.M.Quliyev adına Aşqarlar Kimyasıİnstitutunda əyani aspiranturaya daxil olmuşdur. 1998-ci ildə namizədlik, 2009-cu ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 2010-cu ildə professor elmi adı almışdır. Əmək fəaliyyətinə 1997-ci ildə BDU-nun kimya fakültəsində mühəndis kimi başlamış, sonra elmi işçi, böyük elmi işçi və dosent vəzifəsində çalışmışdır. 2010-cu ildən BDU-da Tədris Elektron Mərkəzinə rəhbərlik edir. 2017-ci ildən yeni yaradılmış Tədris Departamentinin müdiri təyin olunub.
Elmi fəaliyyəti, əsasən, tərkibində azot, kükürd və oksigen saxlayan heterotsiklik birləşmələrin sintezi, quruluşu və xassələri ilə əlaqədardır. 145 elmi əsərin müəllifidir. Rəhbərliyi ilə 1 namizədlik və 7 magistr dissertasiyası müdafiə olunmuşdur. D 02.011 Dissertasiya Şurasının və BDU Elmi Şurasının üzvü, D 02.011 Dissertasiya Şurasının nəzdindəki Elmi Seminarın sədridir.