ALOSMANOV RASİM MİRƏLİ OĞLU
21 noyabr 1966-cı ildə anadan olmuşdur. 1990-cı ildə Moskva Yüngül Sənaye Texnologiya İnstitutunun kimya-texnologiya fakültəsini bitirmiş, Bakı Dövlət Universiteti Kimya fakültəsinin “Metal-kompleks katalizatorları” Elmi-tədqiqat laboratoriyasında mühəndis kimi fəaliyyətə başlamışdır. 1991-1994-cü illərdə BDU-nun Yüksəkmolekullu birləşmələr kimyası kafedrasının əyani aspirantı olmuşdur. 2000-ci ildə namizədlik, 2013-cü ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1995-2005-ci illərdə “Metal-kompleks katalizatorlar” ETL-ində laborant, 2005-ci ildən Yüksəkmolekullu birləşmələr kimyası kafedrasında laboratoriya müdiri, 2007-ci ildən həmin kafedranın dosenti, 2014-cü ildən professoru vəzifəsində çalışır.
Elmi istiqaməti sənaye polimerləri və polimer tullantılarının kimyəvi modifikasiyası ilə polifunksional polimerlərin və hibrid kompozitlərin qanunauyğunluqlarının öyrənilməsindən ibarətdir. Elmi və pedaqoji fəaliyyəti bir sıra metodik vəsait, dərs vəsaiti və monoqrafiyada, 130-dan çox elmi məqalədə, o cümlədən 3 respublika və 1 ABŞ patentində öz əksini tapmışdır.