HƏSƏNOVA ÜLVİYYƏ ƏLİMƏMMƏD QIZI
18 mart 1970-ci ildə anadan olmuşdur. 1987-ci ildə Bakı Dövlət Universitetinin Kimya fakültəsinə daxil olmuş, 1992-ci ildə həmin fakültəni bitirərək Azərbaycan Dövlət Neft Akademiyasında üzvi kimya ixtisası üzrə aspiranturaya daxil olmuşdur. 1998-ci ildə namizədlik, 2011-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 2013-cu ildən BDU-nun Üzvi kimya kafedrasında professor və BDU-nun Nano Araşdırma Mərkəzində aparıcı elmi işçi vəzifələrində çalışır. 2002-2013-ci illərdə Azərbaycan Tibb Universitetinin Ümumi və toksikoloji kimya kafedrasında assistent, baş müəllim, dosent vəzifələrində çalışmışdır.
Elmi fəaliyyəti əsasən supramolekulyar kimya, nanoquruluşların sintezi və sintez olunmuş nanostrukturlaşmış maddələrin tədqiqi ilə əlaqədardır. 70-dən çox elmi məqalə və tədris vəsaitlərinin müəllifidir.