NAĞIYEV XƏLİL CAMAL OĞLU
29 fevral 1972-ci ildə anadan olmuşdur. 1989-cu ildə Bakı Dövlət Universitetinin Kimya fakültəsinə daxil olmuş və 1994-cü ildə oranı fərqlənmə diplomu ilə bitirərək “Analitik kimya” ixtisası üzrə aspiranturaya qəbul edilmişdir. 1997-ci ildə namizədlik, 2011-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1998-ci ildə BDU-nun Analitik kimya kafedrasında elmi-pedaqoji fəaliyyətə başlamış, müəllim və dosent vəzifələrində, 2013-cü ildən isə professor vəzifəsində çalışır.
Əsas tədqiqat sahəsi müxtəlifliqandlı komplekslərin əmələ gəlmə qanunauyğunluqlarının tədqiqi və yüksək analitik göstəricilərə malik təyinat metodikalarının işlənilməsindən ibarətdir. 240 adda elmi əsərin, o cümlədən ali məktəblərin kimya fakültələrinin tələbələri üçün nəzərdə tutulmuş 2 dərslik, 1 metodik vəsait və 14 tədris proqramının müəllifidir. 4 ixtiraya görə patent almış və rəhbərliyi ilə 13 magistr dissertasiyası yerinə yetirilmiş, 1 namizədlik dissertasiyası müdafiə olunmuşdur. BDU-nun nəzdində fəaliyyət göstərən D02.011 Dissertasiya Şurasının elmi seminarının sədr müavinidir.