07-06-2017
 

ƏKBƏROV ELÇİN OQTAY OĞLU

9 iyul 1966-cı ildə anadan olmuşdur. 1990-cı ildə Bakı Dövlət Universitetinin kimya fakültəsini fərqlənmə dip­lomu ilə bitirmişdir. 1993-1997-ci illərdə EA-nın akad. M.Nağıyev adına Kimya Texnologiyasının Nə­zəri Problemləri İnstitutunda (indiki Kataliz və Qeyri-üzvi Kimya İnstitutu) dissertant olmuşdur. 1997-ci ildə namizədlik, 2007-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1999-2007-ci illərdə Türkiyə Respublikası Cümhuriyyət Universitetində dosent vəzifəsində çalışmışdır. 2014-cü ildən BDU-nun Elmi Şurasının qərarı ilə YMB kimyası kafedrasının professorudur.  Elmi istiqaməti allil qrupu saxlayan monomerlərin malein anhidridi ilə binar, malein anhidridi və vinil monomerləri ilə üçlü radikal birgə polimerləşməsinin qanunauyğunluqları, alınan birgə polimerlərin müxtəlif istiqamətli kimyəvi çevrilmələrinin tədqiqi, sintez olunmuş birgə polimerlər və çevrilmə məhsulları əsasında ağır metal ionlarının sulu məhlullardan çıxarılması üçün sorbentlər, yapışqan kompozisiyaları, suda həll olan polimerlərin alınması sahəsində aparılan tədqiqatlardır. 100-ə yaxın elmi məqalə, patent, monoqrafiya, dərslik və dərs vəsaitlərinin müəllifidir. 30-a yaxın elmi məqaləsi beynəlxalq jurnallarda çap olunmuşdur. 

Digər yazılar

YAQUBOV NAĞI İBRAHİM

ŞIXƏLİYEV NAMİQ QÜRBƏT

SÜLEYMANOVA ELMİRA TEYMUR QIZI

ƏKBƏROV ELÇİN OQTAY OĞLU

HÜSEYNOVA AFƏT TEYMUR QIZI

NAĞIYEV XƏLİL CAMAL OĞLU

HƏSƏNOVA ÜLVİYYƏ ƏLİMƏMMƏD QIZI

MƏMMƏDOV İBRAHİM QƏRİB OĞLU

ALOSMANOV RASİM MİRƏLİ OĞLU

QURBANOVA MƏLAHƏT MÜSRƏT QIZI

ÇIRAQOV FAMİL MUSA OĞLU

MƏMMƏDOV SABİT EYYUB OĞLU

YUSUBOV NİFTALI NADİR OGLU

SADIQOV FUAD MİKAYIL OĞLU

YUSİBOV YUSİF ƏMİRALI OĞLU

MUSTAFAYEV AĞA MƏHƏMMƏD OĞLU

MİRZAİ CƏBRAYIL İSRAFİL OĞLU

ƏHMƏDOV ELDAR İSA OĞLU

ƏZİZOV ABDULSƏYİD ƏBDÜLHƏMİD OĞLU

İLYASLI TEYMUR MƏMMƏD OĞLU