07-06-2017
 

MEH­Dİ­­­YEV SOLTAN CƏFƏR OĞLU

1927-31-ci illərdə Ba­kı Pedaqoji Tex­ni­ku­­­­­mu­nu bi­tirərək, kənd orta mək­təbində mü­əl­­­lim iş­ləmiş, 1939-cu ildə ADU-nun kim­­­ya fakültəsini bi­tir­­­miş­dir. II Dünya Mü­­h­a­­ribəsi illərində bəzi hərbi əhə­miyyətli part­­la­yıcı maddələrin alınması üzərində çalışmış­dır. 1943-cü ildə Tbilisidə namizədlik dis­ser­­ta­­­siyası, 1955-ci ildə isə Moskvada «Tsiklan kar­­­bo­hidrogenlərinin sintezi və çevrilmələri sa­­­hə­­sində tədqiqatlar» mövzusunda doktorluq dis­­­sertasiyası müdafiə etmişdir. 1956-1958-ci il­lər­də Azərbaycan Neft İnstitutunun direktoru ol­muşdur. 1958-ci ildə Azərbaycan EA-nın müxbir üzvü, 1968-ci ildə isə həqiqi üzvü seçilmişdir. Akademik S.Mehdiyev 10 elmlər doktoru və 75 elmlər namizədi yetişdirmişdir «Naften karbohidrogenlərinin kimyası» sahəsində elmi məktəb yaratmışdır. Onun əsas elmi işləri naften karbohidrogenlərinin və onun törəmələrinin kimyasına həsr olunmuşdur. Naften karbohidrogeninin izomerləşmə reaksiyasının mexanizmini, alkiltsikloheksan karbohidrogenlərinin xlorlaşma və oksidləşdirici ammonoliz reaksiyalarının qanunauyğunluqlarını müəyyən etmişdir. O, 600 elmi əsərin, o cümlədən 9 monoqrafiya və 100 müəlliflik şəhadətnaməsinin müəllifidir. 1979-cu ildə «Azərbaycan SSR Əməkdar Elm Xadimi» fəxri adına layiq görülmüşdür.

Digər yazılar

MƏCİDOV ƏJDƏR ƏKBƏR OĞLU

ƏLİYEV FUAD YUSİF OĞLU

HÜSEYNOVA İRADƏ MƏMMƏD QIZI

QƏRİBOV ADİL ABDULXALIQ OĞLU

ƏZİZOV AKİF HƏMİD OĞLU

TAĞIYEV DİLQƏM BƏBİR OĞLU

RİZAYEV RAMİZ HƏSƏNQULU OĞLU

QARAYEV SİYAVUŞ FƏRHAD OĞLU

ƏLİYEVA RƏFİQƏ ƏLİRZA QIZI

MӘHӘRRӘMOV ABEL MƏMMƏDƏLİ OĞLU

FƏR­ZƏLİYEV VAQİF MƏCİD OĞLU

NAĞI­YEV TOFİQ MURTUZA OĞLU

SADIQOV KAMİL İSMAYIL OĞLU

SE­Yİ­­DOV NADİR MİR­İBRAHİM OĞLU

MƏMMƏDYAROV MƏHƏRRƏM ƏLİ OĞLU

MEH­Dİ­­­YEV SOLTAN CƏFƏR OĞLU

QULİYEV ƏLİ MU­SA OĞLU

NAĞIYEV MURTUZA FƏTULLA OĞLU

ABBASOV VAQİF MƏHƏRRƏM OĞLU

MƏMMƏDƏLİYEV YUSİF HEYDƏR OĞLU