07-06-2017
 

SADIQOV KAMİL İSMAYIL OĞLU

1944-1949-cu il­lərdə ADU-nun kimya fakültəsində təhsil almışdır. 1953-1956-cı il­lər­də aspiranturada oxu­­muşdur. 1956-cı il­də «Av­to­traktor yağları­na sulfonat aşqarların sintezi və tədqiqi» möv­zusunda namizədlik dis­sertasiyası müdafiə et­mişdir. 1968-ci ildə «Motor yağlarına yuyucu və oksidləşmənin qarşısını alan aşqarların sintezi, texnologiyasının tərtibi və sənayedə tətbiqi sahəsində tədqiqatlar» mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1969-cu ildə pro­fessor adına layiq görülmüşdür. Onun əsas el­mi istiqaməti mühərrik yağları və yağlayıcı soyu­ducu mayelərə yüksək təsirli aşqarların sintezi, tədqiqi, istehsalı texnologiyasının işlənib hazırlanması, effektli aşqar kompozisiyalarının tərtib edilməsi və sənaye miqyasında tətbiqindən iba­rətdir. Akad. K.İ.Sadıqovun elmi tədqiqat iş­ləri 2 monoqrafiyada, 350 elmi əsərdə, o cüm­lədən 100-dən artıq müəlliflik şəhadətnaməsi və patentdə öz əksini tapmışdır. Onun rəhbərliyi ilə 4 elmlər doktoru, 30 elmlər namizədi yetişmişdir. O, Azərbaycan SSR Dövlət mükafatı laureatı (1970), «SSRİ ixtiraçısı» (1978), «Şərəf» ordeni  (1987) və s. mükafatlar almışdır. AMEA-nın akademik Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun direktorunun elmi məsləhətçisidir.

Digər yazılar

MƏCİDOV ƏJDƏR ƏKBƏR OĞLU

ƏLİYEV FUAD YUSİF OĞLU

HÜSEYNOVA İRADƏ MƏMMƏD QIZI

QƏRİBOV ADİL ABDULXALIQ OĞLU

ƏZİZOV AKİF HƏMİD OĞLU

TAĞIYEV DİLQƏM BƏBİR OĞLU

RİZAYEV RAMİZ HƏSƏNQULU OĞLU

QARAYEV SİYAVUŞ FƏRHAD OĞLU

ƏLİYEVA RƏFİQƏ ƏLİRZA QIZI

MӘHӘRRӘMOV ABEL MƏMMƏDƏLİ OĞLU

FƏR­ZƏLİYEV VAQİF MƏCİD OĞLU

NAĞI­YEV TOFİQ MURTUZA OĞLU

SADIQOV KAMİL İSMAYIL OĞLU

SE­Yİ­­DOV NADİR MİR­İBRAHİM OĞLU

MƏMMƏDYAROV MƏHƏRRƏM ƏLİ OĞLU

MEH­Dİ­­­YEV SOLTAN CƏFƏR OĞLU

QULİYEV ƏLİ MU­SA OĞLU

NAĞIYEV MURTUZA FƏTULLA OĞLU

ABBASOV VAQİF MƏHƏRRƏM OĞLU

MƏMMƏDƏLİYEV YUSİF HEYDƏR OĞLU