07-06-2017
 

MӘHӘRRӘMOV ABEL MƏMMƏDƏLİ OĞLU

1971-ci ildə ADU-nun Kimya fakültəsini fərqlənmə dip­lomu ilə bitirmiş və 1973-cü ildə «Üzvi kimya» ixtisası üzrə M.V.Lo­monosov adına Moskva Dövlət Universitetinin aspiranturası­na daxil olunmuşdur. 1976-cı ildə namizədlik, 1991-ci ildə isə doktorluq dissertasiyası müdafiə etmiş və 1991-ci ildən Üzvi kimya kafedrasının professorudur. 1999-cu ildə Bakı Dövlət Universitetinin rektoru vəzifəsinə təyin olunmuşdur. 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2007-ci ildə isə həqiqi üzvü seçilmişdir. Onun elmi tədqiqat işlərinin əsas istiqamətini Zərif-üzvi sintez, neft kimyası, polimer kimyası və kristallokimya sahəsindəki tədqiqatlar təşkil edir. Zərif-üzvi sintez sahəsində A.M.Məhərrəmov tərəfindən «Dopinq effekti» kimi tanınan reaksiya şəraitində AdE reaksiyalarının yeni sintetik istiqamətləri, yod üzvi birləşmələrin kimyası, katalitik olefinləşmə reaksiyası əsasında halogenəvəzli olefinlərin, çoxkomponentli kon­densləşmə reaksiyaları əsasında müxtəlif quru­luşlu heterotsiklik və bitsiklik birləşmələrin, xlor­hidrinlər əsasında aminospirtlərin səmərəli sintez üsullarının əsasları işlənmişdir. Apardığı elmi tədqiqat işlərinin nəticəsi 1200-dən çox elmi əsərdə, o cümlədən 53 patent, 17 monoqrafiyada öz əksini tapmışdır. 54 dərslik və dərs vəsaitinin müəllifidir. Rəhbərliyi ilə 50-yə yaxın kimya elmləri doktoru və kimya elmləri üzrə fəlsəfə doktoru hazırlanmışdır. BDU-nun nəzdindəki «Üzvi kimya», «Analitik kimya» və «Fiziki kimya» ixtisasları üzrə D.02.011 doktorluq Dissertasiya Şurasının sədridir. 2005-2010-cu illərdə Azərbaycan Respublikası Milli Məclisinin III, IV çağırışının millət vəkili seçilmişdir. 2000-ci ildən «Əməkdar elm xadimi» fəxri adına, 2009-cu ildən isə «Şöhrət» ordeninə layiq görülmüşdür.

Digər yazılar

MƏCİDOV ƏJDƏR ƏKBƏR OĞLU

ƏLİYEV FUAD YUSİF OĞLU

HÜSEYNOVA İRADƏ MƏMMƏD QIZI

QƏRİBOV ADİL ABDULXALIQ OĞLU

ƏZİZOV AKİF HƏMİD OĞLU

TAĞIYEV DİLQƏM BƏBİR OĞLU

RİZAYEV RAMİZ HƏSƏNQULU OĞLU

QARAYEV SİYAVUŞ FƏRHAD OĞLU

ƏLİYEVA RƏFİQƏ ƏLİRZA QIZI

MӘHӘRRӘMOV ABEL MƏMMƏDƏLİ OĞLU

FƏR­ZƏLİYEV VAQİF MƏCİD OĞLU

NAĞI­YEV TOFİQ MURTUZA OĞLU

SADIQOV KAMİL İSMAYIL OĞLU

SE­Yİ­­DOV NADİR MİR­İBRAHİM OĞLU

MƏMMƏDYAROV MƏHƏRRƏM ƏLİ OĞLU

MEH­Dİ­­­YEV SOLTAN CƏFƏR OĞLU

QULİYEV ƏLİ MU­SA OĞLU

NAĞIYEV MURTUZA FƏTULLA OĞLU

ABBASOV VAQİF MƏHƏRRƏM OĞLU

MƏMMƏDƏLİYEV YUSİF HEYDƏR OĞLU