07-06-2017
 

RİZAYEV RAMİZ HƏSƏNQULU OĞLU

ADU-nun kimya fakültəsini bitirib. AMEA-nın Qeyri-Üzvi və Fiziki Kimya İns­titutunun direktoru və Azərbaycan Res­pub­likasının Rusi­ya Federasiyasında föv­qəl­adə və səlahiyyətli səfiri olmuşdur. O, elmi-təd­qiqatlarının əsasını praktiki cəhətdən çox mühüm əhəmiyyət kəsb edən yumşaq və qoşulma oksidləşmə proseslərinə uyğun gələn katalitik təsirlərinə həsr etmişdir. 1965-ci il­də «Bəzi alkiləvəzli tsikloheksanların oksidləşdirici ammonoliz reaksiyalarının tədqiqi» mövzusunda namizədlik, 1974-cü ildə isə «Bəzi aromatik karbohidrogenlərin oksidləşdirici ammonoliz pro­seslərinin öyrənilməsi» mövzusunda doktor­luq dissertasiyasını müdafiə etmişdir. 1978-ci ildə professor adına layiq görülmüşdür. 1983-cü ildə Azərbaycan EA-nın müxbir üzvi, 2001-ci ildə həqiqi üzvü seçilmişdir. Professor R.H.Rizayevin apardığı elmi tədqiqat işlərinin nəticələri bir fundamental monoqrafiyada, 240-dan çox elmi əsərdə, 50 müəlliflik şəhadətnaməsində, 30-dan çox xarici patentdə öz əksini tapmışdır. Onun rəhbərliyi ilə 7 elmlər doktoru, 24 elmlər na­mizədi hazırlanmışdır. O, Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı, «Əmək rəşadətinə görə» medalı ilə təltif olunmuşdur.

Digər yazılar

MƏCİDOV ƏJDƏR ƏKBƏR OĞLU

ƏLİYEV FUAD YUSİF OĞLU

HÜSEYNOVA İRADƏ MƏMMƏD QIZI

QƏRİBOV ADİL ABDULXALIQ OĞLU

ƏZİZOV AKİF HƏMİD OĞLU

TAĞIYEV DİLQƏM BƏBİR OĞLU

RİZAYEV RAMİZ HƏSƏNQULU OĞLU

QARAYEV SİYAVUŞ FƏRHAD OĞLU

ƏLİYEVA RƏFİQƏ ƏLİRZA QIZI

MӘHӘRRӘMOV ABEL MƏMMƏDƏLİ OĞLU

FƏR­ZƏLİYEV VAQİF MƏCİD OĞLU

NAĞI­YEV TOFİQ MURTUZA OĞLU

SADIQOV KAMİL İSMAYIL OĞLU

SE­Yİ­­DOV NADİR MİR­İBRAHİM OĞLU

MƏMMƏDYAROV MƏHƏRRƏM ƏLİ OĞLU

MEH­Dİ­­­YEV SOLTAN CƏFƏR OĞLU

QULİYEV ƏLİ MU­SA OĞLU

NAĞIYEV MURTUZA FƏTULLA OĞLU

ABBASOV VAQİF MƏHƏRRƏM OĞLU

MƏMMƏDƏLİYEV YUSİF HEYDƏR OĞLU