QƏRİBOV ADİL ABDULXALIQ OĞLU
1966-cı ildə məktəbi gümüş medаlla bitirmiş və ADU-nun kimya fakültəsinə daxil olmuşdur. 1972-ci illərdə AMEA-nın aspirantura şöbəsinin radiasion tədqiqatlar sektorunda təhsil alıb. 1979-cu ildə AMEA-nın Qeyri-üzvi və Fiziki Kimya institutunda «Seolit və tərkibində seolit olan katalizatorların qamma şüalanması təsirinin tədqiqi» mövzusunda namizədlik, 1995-ci ildə isə «Oksid və metal-oksid sistemlərinin səthində maddələrin radiasiya-katalitik parçalanma proseslərində enerji ötürülməsinin qanunauyğunluqları» mövzusunda kimya elmləri doktorluq dissertasiyasını müdafiə edib. A.A.Qəribov 300-ə qədər elmi əsərin, o cümlədən 28 müəlliflik şəhadətnaməsi və patentin müəllifidir. 1990-1995-ci illərdə «Müxtəlifnövlü sistemlərin radiasion kimyası» qrupunun rəhbəri olub. 1998-ci ildə professor adını alıb. 1995-2001-ci illərdə «Müxtəlifnövlü sistemlərin radiasion kimyası» laboratoriyasının, Azərbaycan EA Radiasion Tədqiqatlar sektorunun rəhbəri olub. 2002-ci ildə Azərbaycan EA Radiasiya problemləri İnstitutunun direktoru seçilib. O, 2007-ci ildən Azərbaycan MEA-nın Radiasion Kimya ixtisası üzrə müxbir üzvü, 2014-cü ildən həqiqi üzvü seçilmişdir.