07-06-2017
 

HÜSEYNOVA İRADƏ MƏMMƏD QIZI

1987-ci ildə Bakı Dövlət Universitetinin kimya fakültəsini bi­­tirmiş, Azərbaycan EA Botanika İnstitutun­da «Molekulyar bio­lo­­­­­­­gi­ya» ixtisası üzrə as­­­­­pi­ranturaya daxil ol­muş­­dur. 1994-cü ildə na­­­­­­mizədlik, 2004-cü ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. 2007-ci ildə AMEA-nın müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü se­çil­mişdir. İ.M.Hüseynovanın elmi fəaliyyəti ali bit­ki­lərin fotosintetik mem­branlarının əsas struktur-­funksional komponentləri olan piqment-­zülal kom­plekslərinin sintezi, yığılması və for­­ma­laş­ma­sı proseslərinin molekulyar-genetik me­­xa­nizm­­­­lə­ri­nin kompleks şəkildə tədqiqinə, bit­ki­lə­rin eks­tre­mal şəraitə uyğunlaşmasında fotosinte­tik də­yi­şik­lik­lərin mümkün rolunun mü­əyyən edil­mə­sinə və bitkilərin abiotik (quraqlıq, şo­ranlıq, radiasiya) və biotik (virus, fitoplazma, həşərat) stresslərə da­vam­lılığının müdafiə-adap­tasiya pro­ses­­lərinin əsas­­larının ay­dınlaşdırılma­sı­na həsr olun­­muşdur. İ.M.Hü­sey­nova 260-dan ar­tıq elmi əsə­­rin, 2 mono­qra­fiyanın, 1 kitabın, 5 kitab fəslinin, 1 metodik və­saitin mü­əllifidir. Rəh­bərliyi ilə 3 bio­lo­giya üz­rə fəlsəfə doktoru hazırlanmışdır. Fotosin­tez Təd­qiqatları üzrə Bey­nəlxalq cəmiyyətin, Av­ro­pa Biokim­yaçılar və Molekulyar Bioloqlar cə­miy­­yə­tinin, Avropa Bit­ki Bioloqları cəmiyyətinin, Azər­bay­can Biokim­yaçı­lar və Molekulyar Bioloqlar cə­miy­yə­ti­nin Rə­ya­sət Heyətinin və Azərbaycan Bit­­ki Fizioloqları cə­miyyətinin üzvüdür. BDU-nun bio­­fizika və molekulyar biologiya kafedrasının professorudur.

Digər yazılar

MƏCİDOV ƏJDƏR ƏKBƏR OĞLU

ƏLİYEV FUAD YUSİF OĞLU

HÜSEYNOVA İRADƏ MƏMMƏD QIZI

QƏRİBOV ADİL ABDULXALIQ OĞLU

ƏZİZOV AKİF HƏMİD OĞLU

TAĞIYEV DİLQƏM BƏBİR OĞLU

RİZAYEV RAMİZ HƏSƏNQULU OĞLU

QARAYEV SİYAVUŞ FƏRHAD OĞLU

ƏLİYEVA RƏFİQƏ ƏLİRZA QIZI

MӘHӘRRӘMOV ABEL MƏMMƏDƏLİ OĞLU

FƏR­ZƏLİYEV VAQİF MƏCİD OĞLU

NAĞI­YEV TOFİQ MURTUZA OĞLU

SADIQOV KAMİL İSMAYIL OĞLU

SE­Yİ­­DOV NADİR MİR­İBRAHİM OĞLU

MƏMMƏDYAROV MƏHƏRRƏM ƏLİ OĞLU

MEH­Dİ­­­YEV SOLTAN CƏFƏR OĞLU

QULİYEV ƏLİ MU­SA OĞLU

NAĞIYEV MURTUZA FƏTULLA OĞLU

ABBASOV VAQİF MƏHƏRRƏM OĞLU

MƏMMƏDƏLİYEV YUSİF HEYDƏR OĞLU