07-06-2017
 

ƏLİYEV FUAD YUSİF OĞLU

1972-ci ildə ADU-nun kimya fakültəsini bitirdikdən sonra zabit rüt­bəsində ordu sırala­rında xidmət etmiş, 1974-cü ildən AMEA-nın Aşqarlar Kimyası İnstitutunda laborant, mühəndis vəzifələrində çalışmış, 1976-cı ildə aspiranturaya daxil olmuş, 1981-ci ildə aspiranturanı müvəffəqiyyətlə başa vuraraq dissertasiya müdafiə edərək kimya elm­ləri namizədi elmi dərəcəsini almışdır. Elə həmin ildə də Rəyasət Heyətinin qərarı ilə Aşqarlar Kimyası İnstitutunun elmi işlər üzrə direktor müa­vini vəzifəsinə təyin olunmuşdur. F.Əliyevin bilavasitə çalışdığı sahə yeni kükürd-üzvi bir­ləş­mələrin sintezi və onlardan aşqarlar kimi istifadə etməklə müxtəlif xassələrə malik sürtgü yağlarının alınmasında istifadə olunmasıdır. 1983-cü ildən Gəncə Regional Elmi Mərkəzinin sədridir. F.Əliyev 1992-ci ildə doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək kimya elmləri doktoru elmi dərəcəsini almış, 2007-ci ildə isə AMEA-nın müxbir üzvü, 2014-cü ildə həqiqi üzvü seçilmişdir. 100-ə yaxın elmi əsər, 16 elmi ixtira, 5 monoqrafiyanın müəllifidir. AMEA-nın Gəncədə dərc olunan «Xəbərlər» məcmuəsinin baş redaktorudur. Alim 1996-cı ildən Gəncə şə­hər Ziyalılar Cəmiyyətinin sədri, Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədr müavinidir. F.Əliyev 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə «Tərəqqi» medalına, 2006-cı ildə Əməkdar elm xadimi adına layiq görülmüşdür.

Digər yazılar

MƏCİDOV ƏJDƏR ƏKBƏR OĞLU

ƏLİYEV FUAD YUSİF OĞLU

HÜSEYNOVA İRADƏ MƏMMƏD QIZI

QƏRİBOV ADİL ABDULXALIQ OĞLU

ƏZİZOV AKİF HƏMİD OĞLU

TAĞIYEV DİLQƏM BƏBİR OĞLU

RİZAYEV RAMİZ HƏSƏNQULU OĞLU

QARAYEV SİYAVUŞ FƏRHAD OĞLU

ƏLİYEVA RƏFİQƏ ƏLİRZA QIZI

MӘHӘRRӘMOV ABEL MƏMMƏDƏLİ OĞLU

FƏR­ZƏLİYEV VAQİF MƏCİD OĞLU

NAĞI­YEV TOFİQ MURTUZA OĞLU

SADIQOV KAMİL İSMAYIL OĞLU

SE­Yİ­­DOV NADİR MİR­İBRAHİM OĞLU

MƏMMƏDYAROV MƏHƏRRƏM ƏLİ OĞLU

MEH­Dİ­­­YEV SOLTAN CƏFƏR OĞLU

QULİYEV ƏLİ MU­SA OĞLU

NAĞIYEV MURTUZA FƏTULLA OĞLU

ABBASOV VAQİF MƏHƏRRƏM OĞLU

MƏMMƏDƏLİYEV YUSİF HEYDƏR OĞLU