QƏMBƏROV YUNİS HEYDƏR OĞLU
1944-cü ildə ADU-nun kimya fakültəsinə qəbul olunub. 1949-cu ildə fərqlənmə diplomu ilə bitirib. Y.H.Qəmbərov 1960-cı ildə namizədlik, 1968-ci ildə isə doktorluq dissertasiyası müdafiə edib. 1971-ci ildə professor elmi adına layiq görülüb. 1980-ci ildə isə Azərbaycan EA-nın müxbir üzvü seçilib. Onun əsas elmi tədqiqatları təbii karbohidrogen xammalının və onların emal məhsullarının yüksək temperaturda termiki və hidrogen iştirakı ilə çevrilmələrinin öyrənilməsinə və bu yolla kiçik molekullu olefin və aromatik karbohidrogenlərin alınması üçün yeni yüksək effektivliyə malik texnoloji proseslərin yaradılmasına aiddir. Onun apardığı tədqiqatların nəticələri 6 monoqrafiyada, 220 məqalədə, o cümlədən 40 ixtirada öz əksini tapıb. Onun rəhbərliyi ilə 1 elmlər doktoru, 25 elmlər namizədi hazırlanıb.