SALAHOV MUSTAFA SƏTTAR OĞLU
Qorki Dövlət Universitetinin kimya fakültəsinə qəbul olmuş və fiziki-kimya ixtisasını seçmişdir. İnstitutu bitirdikdən sonra M.S.Salahov 1955-ci ildə Sumqayıtda Sintetik Kauçuk zavodunda işləməyə başlamış və Azərbaycan EA Neft institutunun aspiranturasına daxil olmuşdur. M.S.Salahov 1964-cü ildə namizədlik, 1974-cü ildə isə doktorluq dissertasiyasını müdafiə etmiş və 1979-cu ildən professor adına layiq görülmüşdür. O, 2001-ci ildən AMEA-nın müxbir üzvü seçilmişdir. Onun əsas elmi istiqaməti Dils-Alder və «EH» reaksiyalarının plan-qeyri-simmetrik dienofillər sırasında və həmçinin tsikloolifenlərin bromlaşma və epoksidləşmə reaksiyalarının stereokimyası, kinetikası, mexanizmi və stereospesifiklik xüsusiyyətlərinə həsr edilmişdir. M.S.Salahovun əldə etdiyi elmi nailiyyətlər 550-dən çox elmi əsərdə əks olunmuşdur. Onun rəhbərliyi ilə 31 elmlər namizədi və 2 elmlər doktoru hazırlanmışdır. Polimer Materialları İnstitutunun laboratoriya müdiridir.