MƏCİDOV ƏJDƏR ƏKBƏR OĞLU
ADU-nun kimya fakültəsini bitirmişdir. 1966-cı ildə SSRİ EA KFİ-də «Stabil radikalların və ion-radikalların iştirakı ilə oksidləşmə-reduksiya reaksiyaları» mövzusunda namizədlik, 1984-cü ildə isə Qeyri-üzvü kimya institutunda «Paramaqnit liqandlarla metal kompleksləri» mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1985-ci ildə professor adına layiq görülmüşdür. İlk dəfə olaraq tərkibində stabil nitroksil radikalı saxlayan paramaqnit liqandlı (Şiff əsaslı, karboksilatlı, ksantokenatlı və s.) metalların kristallik kompleks birləşmələri sintez edilmişdir. Prof. Ə.Ə.Məcidov 226 elmi əsərlərin müəllifidir. Onun rəhbərliyi ilə 15 elmlər namizədi yetişdirilmişdir. 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2017-ci ildə isə AMEA-nın həqiqi üzvü seçilmişdir.