SÜLEYMANOVA ELMİRA TEYMUR QIZI
1955-1959-cu illərdə ADU-nun kimya fakültəsində təhsil almış və oranı fərqlənmə diplomu ilə bitirmişdir. Həmin ildən AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunda əmək fəaliyyətinə başlamışdır. 1967-ci ildə namizədlik, 1980-ci ildə doktorluq dissertasiyasını müdafiə etmiş, 1982-ci ildən isə professordur. 3 elmlər doktoru, 15 elmlər namizədi yetişdirmişdir. 200-dən çox elmi əsərin, 40 ixtiranın müəllifidir. O, neft-kimyası və zərif üzvi sintez sahəsində tanınmış alim və görkəmli ictimai xadimdir. SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanı, «Şərəf nişanı» ordeni və «Əmək veteranı» medalı ilə təltif edilmişdir. 2 iyul 2002-ci ildə və 5 mart 2010-cu ildə təkrarən Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) seçilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 iyul tarixli Sərəncamına əsasən, «Şöhrət» ordeni ilə təltif edilmişdir.