NURİYEV ƏLİ NƏCƏFQULU
1948-ci ildə ADU-nun kimya fakültəsinə daxil olmuş, III kursdan Qorki Dövlət Universitetinin kimya fakültəsinə göndərilmişdir. 1953-cü ildə oranı analitik kimya ixtisası üzrə müvəffəqiyyətlə bitirən Ə.Nuriyev 1954-cü ildə Azərbaycan SSR EA Kimya İnstitutunda işə qəbul olunmuşdur. 1963-cü ildə namizədlik, 1972-ci ildə isə doktorluq dissertasiyası müdafiə etmişdir. 2007-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir. O, ilk dəfə olaraq Azərbaycanın bütün neft mədənlərində neft-lay suları-süxur sistemində nadir və radioaktiv elementlərin paylanmasını öyrənərkən onların miqrasiya, səpələnmə və toplanmasının qanunauyğunluqlarını müəyyən etmişdir. Prof. Ə.Nuriyevin apardığı tədqiqatlar 250 elmi əsərdə öz əksini tapmışdır. Onun rəhbərliyi ilə 12 elmlər namizədi, 2 elmlər doktoru müdafiə etmişdir.