ƏHMƏDOV MÜBARİZ MƏCİD OĞLU
1962-ci ildə Qeyri-üzvi kimya ixtisası üzrə ADU-nu bitirib. 1973-cü ildə aspiranturanı bitirmişdir. 1974-cü ildə «Reduksiyaedici qazın tərkibinin kükürd anhidridlərdən elementar kükürd alınması prosesinə təsiri» mövzusunda namizədlik, 1990-cı ildə isə «Yüksək qatılıqlı kükürd qazından elementar kükürd alınmasının fiziki kimyəvi əsasları və emalı texnologiyası» mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1991-ci ildə professor adına layiq görülmüşdür. Prof. M.M. Əhmədovun əsas elmi istiqaməti filiz və qeyri-filiz faydalı qazıntılarının və sənaye tullantılarının kompleks emalının texnologiyasının yaradılması olmuşdur. M.M.Əhmədov 300-dən çox elmi məqalənin, 16 müəllif şəhadətnaməsi və patentlərin müəllifidir. Onun rəhbərliyi altında 10 elmlər namizədi hazırlanmışdır. 2001-ci ildə AMEA-nin müxbir üzvü seçilmişdir.