CANİBƏYOV NAZİL FAZİL OĞLU
1965-ci ildə ADU-nun kimya fakültəsini bitirmişdir. N.Canibəyov 1972-ci ildə kimya elmləri namizədi və 1987-ci ildə kimya elmləri doktoru elmi dərəcəsini, 1994-cü ildə isə professor elmi adını almışdır. 2007-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir. N.Canibəyovun əsas elmi istiqaməti tərkibində heteroatom saxlayan polifunksional kompleksonlar və metalkompleks birləşmələrin sintezi üsullarının işlənib hazırlanması və onların tətbiq sahələrinin araşdırılmasından ibarətdir. Onun rəhbərliyi ilə polibutadienlərin alınma prosesində həm stabilizator, həm də katalizator kimi unikal xassə daşıyan nikel və kobalt metalkomplekslər işlənib hazırlanmışdır. N.Canibəyov 204 elmi əsərin müəllifidir. Onun rəhbərliyi ilə 1 elmlər doktoru, 6 kimya üzrə fəlsəfə doktoru hazırlanmışdır.