BABANLI MƏHƏMMƏD BABA OĞLU
1968-ci ildə ADU-nun kimya fakültəsinə daxil olmuş, 1973-cü ildə fərqlənmə diplomu ilə bitirmiş. 1974-1976-cı illərdə fiziki və kolloid kimya kafedrasının aspirantı olmuş, 1977-ci ildə namizədlik, 1988-ci ildə isə doktorluq dissertasiyasını müdafiə etmiş və 1990-cı ildə professor elmi adı almışdır. M.B.Babanlı funksional xassələrə malik mürəkkəb qeyri-üzvi sistemlərin kimyası, termodinamikası və materialşünaslığı sahəsində geniş və sistemli tədqiqatlar aparan, yeni elmi istiqamət və elmi məktəb yaratmış mütəxəssisdir. M.B.Babanlı 650-yə yaxın elmi əsərin müəllifidir. Onin rəhbərliyi ilə 1 doktorluq və 28 namizədlik və 30-a yaxın magistr dissertasiyası müdafiə edilmişdir. 2014-cü ildə AMEA-nın müxbir üzvü seçilmişdir. AMEA-nın M.F.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktor müavinidir.