ƏLİMƏRDANOV HAFİZ MÜTƏLLİM OĞLU
ADU-nun kimya fakültəsini 1971-ci ildə bitirmişdir. Həmin ildə Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun aspiranturasına daxil olmuş, 1975-ci ildə namizədlik, 1993-cü ildə isə doktorluq dissertasiyası müdafiə etmişdir. 2005-ci ildə ona professor elmi adı verilmişdir. H.M.Əlimərdanovun elmi fəaliyyətinin istiqaməti alitsiklik doymamış karbohidrogenlərin və onların müxtəlif oksigenli törəmələrinin sintezi, alınma üsullarının və proseslərinin elmi əsaslarının işlənib hazırlanması, müxtəlif alitsiklik ketonlar, qlikollar, efirlər əsasında yeni ətirli və təravətləndirici maddələrin alınması və geniş tətbiqindən ibarətdir. Onun elmi fəaliyyətinin nəticələri 265 elmi əsərdə öz əksini tapmışdır. H.M.Əlimərdanov 8 elmlər namizədi və 3 elmlər doktoru hazırlamışdır. O, 2014-cü ildə AMEA-nın müxbir üzvü seçilmişdir.