MƏMMƏDOV BƏXTİYAR ƏJDƏR OĞLU
1967-1972-ci illərdə ADU-nun kimya fakültəsində təhsil almışdır. 1980-ci ildə namizədlik, 1994-cü ildə isə doktorluq dissertasiyası müdafiə etmişdir. 2010-cu ildə ona professor elmi adı verilmişdir. 2014-cü ildə AMEA-nın müxbir üzvü seçilmişdir. O, reaksiyaya qabil, polifunksional, qoşulmuş əlaqələr sistemli oliqomer və birgəoliqomerlərin effektli sintez üsullarının işlənib hazırlanması istiqamətində məqsədyönlü elmi tədqiqatlar aparır. B.Ə.Məmmədov 240 elmi əsərin və 12 ixtiranın müəllifidir. B.Ə.Məmmədovun rəhbərliyi ilə 9 namizədlik dissertasiyası müdafiə edilmişdir. O, Polimer materialları İnstitutunun Elmi Şurasının və AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutu nəzdində fəaliyyət göstərən D01.021 Dissertasiya Şurasının üzvüdür.