22-06-2017
 

ŞIXƏLİYEV NAMİQ QÜRBƏT

N.Q.Şıxəliyev 18 dekabr 1970-ci ildə anadan olmuşdur. 1988-1990-cıillərdə keçmiş Sovet ordusunda xidmət etmişdir. Hərbi xidmətdən sonra 1992-ci ildə Bakı Dövlət Universitetinin kimya fakültəsinə daxil olmuş və 1997-ci ildə oranı fərqlənmə diplomu ilə başa vurmuşdur. Həmin ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin göndərişi ilə BDU-nun kimya fakültəsinin Neft kimyası və kimya texnologiyası kafedrasının nəzdində fəaliyyət göstərən Alkenilfenollar və karbonilli birləşmələr kimyası elmi-tədqiqat laboratoriyasına gənc mütəxəssis kimi kiçik elmi işçi vəzifəsinə götürülmüşdür. 1995-ci ildə kimya fənni üzrə tələbələr arasında Respublika Kimya olimpiadasının qalibi olmuşdur. 1995-2000-ci illərdə kimya üzrə beynəlxalq Mendeleyev olimpiadasına Azərbaycan komandasını hazırlamışdır. 1999-2000-ci illərdə Moskva Dövlət Universitetində akademik N.S.Zefirovun laboratoriyasında elmi-tədqiqat işləri aparmış və 2000-ci ildə akademik A.M.Məhərrəmovun rəhbərliyi ilə «Elektrofil birləşmə reaksiyalarında nukleofuqperxlorat və sulfonat anionlarının kovalent əlaqələnməsi» mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 2009-cu ildə akademik A.M.Məhərrəmov və MDU-nun professoru V.Q.Nenaydenkonun elmi məsləhətçilikləri ilə «Katalitik olefinləşmə reaksiyası əsasında üzvi sintez və koordinasion kimyada yeni yanaşmalar» mövzusunda elmi-tədqiqat işinə başlamış və 2015-ci ildə doktorluq dissertasiyasını müdafiə etmişdir.

N.Q.Şıxəliyev müxtəlif sinif karbonillibirləşmələrdən katalitik olefinləşmə reaksiyası əsasında funksionaləvəzlialkenlərin sintezi və onların üzvi sintezdə, koordinasion kimyada yeni sintetik imkanlarını tədqiq etmişdir. Bis-(2,4-bis(trixlormetil))-1,3,5- triazapentadienatoMe(II) və Me(III) komplekslərin yeni sintez üsulunun əsaslarını, kompleks əmələgəlməyə təsir edən amilləri, bu komplekslərdə qeyri-kovalent halogen-halogen əlaqələrinin mövcudluğunu RQA tədqiqatlar əsasında ilk dəfə olaraq aşkar etmiş və komplekslərin katalizator aktivliyini öyrənmişdir. Katalitik olefinləşmə reaksiyasının ion mayesi mühitində aparılmasının üstünlüklərini müəyyən etmişdir.

N.Q.Şıxəliyev 100-dən çox elmi əsərin, ocümlədən 4 kitabın müəllifidir.Tədqiqatlarından alınmış nəticələr «NewJournal of Chemistry», «CatalysisToday», «Journal of Molecular Structure», «Tetrahedron», «Журнал Органической химии», «Химия гетероциклических соединений», «ИзвестияРАН», «BeilsteinJournal of OrganicChemistry», «Journal of Biotechnology» və digər nüfuzlu jurnallarda çap olunmuşdur. O, 1 kimya üzrə fəlsəfə doktoru və 7 magistr dissertasiya işinə rəhbərlik etmişdir. Hazırda rəhbərliyi altında 5 doktorant və 2 magistrant çalışır.

N.Q.Şıxəliyev 1999-2006-cı illər Tələbə Həmkarlar Komitəsinin sədri, 2002-2007-ci illərdə rektor köməkçisi, 2007-2015-ci illər kimya fakültəsinin Elmi İşlər üzrə dekan müavini vəzifələrində çalışmışdır. Hazırda Üzvi kimya kafedrasının müdir müavini vəzifəsində işləyir.

Digər yazılar

YAQUBOV NAĞI İBRAHİM

ŞIXƏLİYEV NAMİQ QÜRBƏT

SÜLEYMANOVA ELMİRA TEYMUR QIZI

ƏKBƏROV ELÇİN OQTAY OĞLU

HÜSEYNOVA AFƏT TEYMUR QIZI

NAĞIYEV XƏLİL CAMAL OĞLU

HƏSƏNOVA ÜLVİYYƏ ƏLİMƏMMƏD QIZI

MƏMMƏDOV İBRAHİM QƏRİB OĞLU

ALOSMANOV RASİM MİRƏLİ OĞLU

QURBANOVA MƏLAHƏT MÜSRƏT QIZI

ÇIRAQOV FAMİL MUSA OĞLU

MƏMMƏDOV SABİT EYYUB OĞLU

YUSUBOV NİFTALI NADİR OGLU

SADIQOV FUAD MİKAYIL OĞLU

YUSİBOV YUSİF ƏMİRALI OĞLU

MUSTAFAYEV AĞA MƏHƏMMƏD OĞLU

MİRZAİ CƏBRAYIL İSRAFİL OĞLU

ƏHMƏDOV ELDAR İSA OĞLU

ƏZİZOV ABDULSƏYİD ƏBDÜLHƏMİD OĞLU

İLYASLI TEYMUR MƏMMƏD OĞLU