Məhərrəmov Abel Məmmədəli oğlu
Tel.: (+99412)510-10-48
QISA BİOQRAFİK MƏLUMAT
5 yanvar 1950-ci il təvəllüdlü.1966-cı ildə Qərbi Azərbaycanın (indiki Ermənistan) Amasiya rayonunun Güllübulaq kənd orta məktəbini medalla bitirmiş və indiki Bakı Dövlət Universitetinin kimya fakültəsinə qəbul olunmuşdur. 1971-ci ildə bitirmiş və təyinatla Ümumittifaq Elmi-Tədqiqat Olefinlər İnstitutuna göndərilmişdir. 1973-cü ildə „Üzvi kimya“ ixtisası üzrə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) aspiranturasına qəbul olunmuş və 1976-cı ildə akademik N.S.Zefirovun rəhbərliyi ilə „İkiqat rabitələrə birləşmə reaksiyalarında sulfenilxloridlərin elektrofilliyinin artırilmasınin yeni metodu“ mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 1999-2018-ci illərdə BDU-nun rekroru vəzifəsində çalışıb.
O, 1991-ci ildə „Alkenlərin, üçüzvlü karbo- və heterotsiklik birləşməlşrin elektrofil reaksiyaları əsasında yeni sintetik yanaşmalar“ mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş.
Ailəlidir, iki övladı və beş nəvəsi var.
TƏHSİLİ VƏ ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
1966 - 1971 kimya fakültəsinin tələbəsi, Bakı Dövlət Universiteti
1976 - k.e.n., „Üzvi kimya“, Kimya fakultəsi, M.V.Lomonosov adına Moskva Dövlət Universiteti
1991 - k.e.d., „Üzvi kimya“, Kimya fakultəsi, BDU
2001 - AMEA-nın müxbir üzvü
2007 - AMEA-nın həqiqi üzvü
Çapdan çıxmış elmi əsərlərin ümumi sayı - 1270
-xaricdə çıxmış elmi əsərlərin sayı - 625
-beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda map olunan məqalələrin sayı - 485
Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı - 54
Kadr hazırlığı: -53
-fəlsəfə doktorların sayı - 41
-elmlər doktorların sayı -12
TƏDQIQAT SAHƏSI
On iki üzvlü tsikllərin konformasiyası; kükürdsaxlayan heterotsikllər; allilfenolların törəmələri; nanokimya, neftkimyası
Əsas elmi nailiyyətləri: Üzvi kimya sahəsində: 1. İlk dəfə olaraq, üzvi kimyada “Dopinq effekti” kimi tanınan yeni sintez metodu müəyyən edilmişdir. Bununla da çətin alınan və ya praktiki cəhətdən mümkün olmayan bəzi sinif üzvi maddələrin sintezi həyata keçirilmişdir. 2. İlk dəfə olaraq, on iki üzvlü tsikllərin konformasion analizi öyrənilmiş, sonra isə onların doymuş və doymamış törəmələri sintez edilərək RQA metodu ilə molekulyar və kristallik quruluşları öyrənilmişdir. 3. Katalitik olefinləşmə reaksiyası əsasında halogenəvəzli olefinlərin sintezi, reaksiya məhsullarının RQA tədqiqi və zərif üzvi sintezdə istifadəsi sahəsində yeni nəticələr əldə olunmuşdur. 4. Trixlorasetonitril əsasında keçid metalların 1,3,5-triazopentadien komplekslərinin templat sintez üsulu işlənib hazırlanmış, sintezdə və kristalın formalaşmasında RQA metodu ilə qeyri-kovalent halogen əlaqələrinin rolu öyrənilmişdir. 5. Çoxkomponentli kondensləşmə reaksiyalar sahəsində aromatik aldehidlərin metilenfəal diketonlar və ketoefirlərlə ikiqat kondensləşmə məhsulları, sonuncular əsasında isə müxtəlif quruluşlu azotlu alitsiklik, heterotsiklik, bitsiklik və spirotsiklik sistemlər alınmışdır. 6. Asimmetrik Hans reaksiyası əsasında bir çox optiki aktiv birləşmələr sintez edilmiş, xiral üzvi katalizatorun təbiətinin və temperaturun reaksiyanın çıxımına və optiki təmizlik dərəcəsinə təsiri araşdırılmışdır. 7. Ariləvəzli 1,2-xlorhidrinlərin müxtəlif aminlərlə qarşılıqlı təsirindən tərkibində aromatik halqa saxlayan 1,2-aminspirtlərin sulu mühitdə səmərəli sintez üsulu işlənilmişdir. 8. Bəzi 1,3-dikarbonilli birləşmələrin epixlorhidrinlə müxtəlif əsaslar iştirakında alkilləşmə reaksiyası tədqiq olunmuş və funksionaləvəzli bioloji aktiv birləşmələr sintez edilmiş, onların bakterisid, fungisid xassələr göstərdiyi müəyyən edilmişdir. Analitik kimya sahəsində: 1. Metilen aktiv birləşmələrin arilhidrazonlarinin koordinasiyon kimyası ətraflı öyrənilmiş və alınmış yeni komplekslər oksidləşmə və yeni C-C rabitəsinin əmələ gəlməsi reaksiyalarında katalizator kimi tətbiq edilmişdir. 2. β-Diketonlar əsasında yeni sinif üzvi reagentlər - azobirləşmələr sintez edilmişdir. Kvantkimyəvi hesablama metodu ilə reagentlərin tautamer formalarının reaksiyaya girmə qabiliyyətləri öyrənilmiş, komplekslərin RQA metodu ilə molekulyar və kristallik quruluşları tədqiq olunmuşdur. Kompleks birləşmələrin quruluşları ilə xassələri arasında asılılıqlar müəyyənləşdirilmişdir. Neft kimyası sahəsində: 1. Alkenilfenolların homolitik tiilləşmə, fosforilləşmə, aminometilləşmə, simmetrik dihalogenalkanlarla kondensləşmə reaksiyaları sistemli şəkildə tədqiq edilmişdir. Sintez olunmuş birləşmələr yanacaq, yağlara polifunksional aşqarlar, neftçıxarma, eləcə də neft emalı sənayesində korroziya inhibitorları, sulfat reduksiyaedici bakterisid xassələri göstərərək müsbət nəticələr əldə edilmişdir. 2. Fenol saxlayan xalkon törəmələri əsasında müxtəlif bioloji aktiv heterotsiklik birləşmələr sintez edilmiş, onların məhlul sistemlərində baş verən dinamik effektlər NMR spektroskopiyasının köməyi ilə tədqiq edilmişdir. Polimer kimyası sahəsində: 1. Sənaye polimerləri və polimer tullantılarının kimyəvi modifikasiyası ilə polifunksional polimerlərin sintezinin qanunauyğunları bərk fazada NMR-,
Nanomaterialların sintezi və tətbiq sahələrində: 1. İlk dəfə olaraq, aktiv xassələrə malik nanoquruluşların (superparamaqnit, nəhəng maqnit müqaviməti, fotolüminsensiya, fotovoltaik, fotorezistiv, katalitik və s.) alınma texnologiyasının elmi əsasları işlənilmiş, müxtəlif mühitlərdə bu xassələri saxlamaqla stabilləşdirilmiş, fiziki-kimyəvi xassələri tədqiq edilmiş və onların çeviricilər (sensorlar) texnikasında, təbabətdə, ekoloji problemlərin həllində, neftçıxarmada tətbiq imkanları öyrənilmişdir. |
|
Son illərdə çap olunmuş bəzi elmi əsərlərinin siyahısı: 1. Non-covalent interaction in the synthesis and design of new compounds. New-York: “Wiley” publisher, 2015, 450 p. Abel M. Maharramov , Kamran T. Mahmudov, Maximilian N. Kopylovich, Armando J. L. Pombeiro 2. Advanced Nanocomposites: Types, Properties and Applications. New York: “Nova” publisher, 2013, 334 p. Abel Maharramov, Mahammadali Ramazanov, Mohammad Reza Saboktakin
|
|
Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü 1998 – Nyu-York Elmlər Akademiyasının üzvü seçilmişdir 1999 – Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin və Siyasi Şurasının üzvü seçilmişdir 2000-ci ildən – “Üzvi kimya” ixtisası üzrə BDU-nun nəzdində yaradılmış Doktorluq və Namizədlik (fəlsəfə doktoru) Dissertasiya Şurasının sədridir 2001 – AMEA-nın müxbir üzvü seçilmişdir 2002 – Qara Dəniz Hövzəsi Ölkələri Universitetləri Assosiasiyasının prezidenti seçilmişdir 2004 – Qara Dəniz Hövzəsi Ölkələri Universitetləri Assosiasiyasının vitse-prezidenti seçilmişdir 2005 – 16 saylı Yasamal II seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin III çağırışı üzrə millət vəkili, Azərbaycan-Yaponiya Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilmişdir 2007 – AMEA-nın həqiqi üzvü seçilmişdir 2007 – АМЕА-nın Kimya elmləri bölməsinin büro üzvü seçilmişdir 2008 – Azərbaycan elmində islahatların aparılması ilə bağlı Dövlət Komissiyasının üzvü təyin olunmuşdur 2008– Gürcüstanın Kimya Cəmiyyətinin Fəxri üzvü seçilmişdir 2009 – Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyətinin üzvü seçilmişdir 2010 – Azərbaycan Respublikasının elm, mədəniyyət və ədəbiyyat sahəsində Dövlət Mükafatları Komissiyasının üzvü seçilmişdir 2010 – 16 saylı Yasamal II seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin IV çağırışı üzrə millət vəkili, Azərbaycan-Yaponiya Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilmişdir 2012 – Latviya Elmlər Akademiyasının nəzdində olan Beynəlxalq Elmi Şuranın üzvü seçilmişdir 2013 – Azərbaycan Respublikasının elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının üzvü seçilmişdir 2013 – “Azərbaycan Respublikasının Milli Atlası”nın redaksiya heyətinin üzvü seçilmişdir 2013 – Gürcüstan Milli Elmlər Akademiyasının Fəxri həqiqi üzvü seçilmişdir 2015 - Avrasiya Universitetlər Assosiasiyasının vitse-prezidenti seçilmişdir
|
|
Pedaqoji fəaliyyəti 1976-cı ildən Bakı Dövlət Universitetində |
|
Təltif və mükafatları 1999 – “Yusif Məmmədəliyev adına medal”la təltif edilmişdir 2000 – “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür 2000 – Elm və texnologiya sahəsində səmərəli fəaliyyətinə görə İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) “Qızıl medal”ına layiq görülmüşdür 2001 – Türkiyə Respublikasının Qırıqqala Universitetinin Fəxri doktoru adına layiq görülmüşdür 2002 – “İlin islahatçı rektoru” nominasiyası üzrə qalib olmuşdur 2003 – “İlin rektoru” seçilmişdir 2004 – “Azərbaycanın tanınmış alimləri” beynəlxalq müsabiqəsinin qalibi olmuş, “XXI əsrin tanınmış alimi” beynəlxalq diplomu ilə təltif olunmuşdur 2004 – Rumıniyanın Komandor dərəcəli ali “Qızıl ulduz” ordeni ilə təltif olunmuşdur 2005 – İngiltərənin Kembric Beynəlxalq Bioqrafiya Mərkəzi tərəfindən “Dünyanın aparıcı təhsil xadimi” seçilmişdir 2007 – Azərbaycan elminin təbliği və inkişafındakı xidmətlərinə görə “Qızıl buta” mükafatına layiq görülmüşdür 2007 – “Azərbaycan Həmkarlar İttifaqında xidmətlərinə görə” medalı ilə təltif olunmuşdur 2008 – Rumıniya Respublikasının Ovidius Universitetinin Fəxri doktoru adına layiq görülmüşdür 2008– “Azərbaycan Ədliyyəsinin 90 illiyi” xatirə medalı ilə təltif olunmuşdur 2009 – “Rusiyanın Həmkarlar İttifaqının 100 illiyi”nə həsr olunmuş yubiley medalı ilə təltif olunmuşdur 2009 – “Şöhrət” ordeni ilə təltif olunmuşdur 2009– “Azərbaycan Respublikasının Diplomatik Xidmət orqanlarının 90 illiyi” yubiley medalı ilə təltif olunmuşdur 2010 – “Avrasiyada əməkdaşlığın daha da möhkəmləndirilməsinə verdiyi töhfələrə görə” Avrasiya Universitetlər Assosiasiyasının medalı ilə təltif edilmişdir 2010 – Qazaxıstan Respublikasının L.N.Qumilyov adına Avrasiya Milli Universitetinin Fəxri doktoru adı verilmişdir 2010 – Krım Mühəndis Pedaqoji Universitetinin Fəxri professoru seçilmişdir 2010 – Amerika Bioqrafiya İnstitutu tərəfindən “Qızıl medal”la təltif edilmişdir 2010 – “ECO-2010” Gənclər Koalisiyasının “Ekologiyanın Dostu” milli mükafatı verilmişdir 2010 – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Fəxri fərmanı ilə təltif edilmişdir 2011 – Birləşmiş Millətlərin İctimai Təltiflər üzrə Şurasının Beynəlxalq Mükafat Birliyinin “Şərəf və Vicdan” Avropa ordeni ilə təltif olunmuşdur 2011 – Rumıniyanın Təhsil, Araşdırma, Gənclər və İdman Nazirliyi tərəfindən Ovidius Universitetinin 50 illik yubileyinə həsr edilmiş diplomla təltif edilmişdir 2011 – Qazaxıstan Respublikasının L.N.Qumilyov adına Avrasiya Milli Universiteti tərəfindən “Avrasiyanın fəxri” medalı ilə təltif edilmişdir 2011 – Avrasiya Universitetlər Assosiasiyasının Fəxri fərmanı ilə təltif olunmuşdur 2011 – Qanunvericilikdə turizmin inkişafına verdiyi dəstəyə görə “Turizmə dəstək” Gənclər Koalisiyası tərəfindən “Turizm-2011” mükafatı ilə təltif edilmişdir 2012 – İslam Ölkələri Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) tərəfindən “Elm və Texnologiya sahəsində 2012-ci ilin ISESCO mükafatı”na layiq görülmüşdür 2012 – Çin XR Mərkəzi Millətlər Universitetinin Azsaylı millətlərin dili və ədəbiyyatı İnstitunun Fəxri professoru seçilmişdir 2012 – Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının diplomu ilə təltif edilmişdir 2012 – Yaponiyanın Xarici İşlər Nazirliyinin Fəxri fərmanı ilə təltif edilmişdir 2013 – Avropa elmi-sənaye palatasının “Qızıl medal”ı və diplomu ilə təltif edilmişdir 2013 – “Azərbaycan Həmkarlar Konfederasiyasının 20 illiyi” yubiley medalı ilə təltif edilmişdir 2013 – Azərbaycan idmanının inkişafındakı xidmətlərinə görə “Zəfər” yüksək idman nailiyyətləri mükafatı ilə təltif olunmuşdur 2014 – Albaniya Respublikasının Tirana Texniki Universitetinin Fəxri doktoru adı verilmişdir 2015– M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Fəxri professoru adı verilmişdir 2015 – Rusiya Federasiyası İstintaq Komitəsinin “Dəstəyə görə” medalı və “Böyük Vətən Müharibəsində qələbənin 70 illiyi”nə həsr olunmuş xatirə medalı verilmişdir 2015 – “Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin inkişafındakı xidmətlərinə görə” diplomu, “Qızıl medal”ı və Beynəlxalq Dostluq Klubunun Fəxri üzvü diplomu verilmişdir 2015 – Qazaxıstan Respublikasının İdman və Mədəniyyət Nazirliyinin “Qazax xanlığının 550 illik yubileyi”nə həsr olunmuş diplomu ilə təltif olunmuşdur 2016 - “Qara Dəniz Hövzəsi Universitetləri Assosiasiyasının inkişafındakı müstəsna xidmətlərinə görə” qızıl medal ilə təltif olunmuşdur 2017-ci ildə "Türk dövlətlərinin elmi əməkdaşlığının inkişafında səmərəli xidmətlərinə görə" Ümumdünya Türk Xalqları Assambleyasının qərarı ilə "Qızıl medal"a layiq görülmüşdür. 2017 – Azərbaycan elminin və təhsilinin inkişafındakı xidmətlərinə görə “Aşıq Şəmşir” İctimai Birliyi tərəfindən Dədə Şəmşir diplomu ilə təltif olunmuşdu. |