30-06-2017
 

ƏHMƏDOV ELDAR İSA OĞLU

13 iyun 1951-ci ildə anadan olmuşdur. 1968-1973-cü illərdə Bakı Dövlət Universitetinin kimya fakültəsində təhsil almışdır. 1973-cu ildə M.V.Lomonosov adına Moskva Dövlət Univeristetinin Kimya fakültəsində aspiranturaya qəbul olmuşdur. 1977-ci ildə Fiziki kimya ixtisası üzrə namizədlik, 2004-cü ildə Kimyəvi kinetika və kataliz ixtisası üzrə doktorluq dissertsiyasi müdafiə etmişdir. 1977-ci ildən BDU-nun kimya fakültəsində mühəndis, kiçik elmi işçi, assistent, dosent vəzifələrində işləmişdir. 1999-2006-cı illərdə kimya fakültəsinin dekanı olmuşdur. 2003-cü ildən Fiziki və kolloid kimya kafedrasının müdiridir. 2006-cı ildən professordur.

Elmi fəaliyyəti çoxkomponentli sistemlər əsasında alınmış funksional, o cümlədən nanostrukturlu materialların termodinamiki, fiziki-kimyəvi və katalitik xassələrinin tədqiqi ilə əlaqədardır. Yerli və xarici elmi nəşrlərdə dərc edilmiş 250-dən çox elmi əsərin, o cümlədən, 10-dan çox dərslik, dərs vəsaiti, metodik göstəriş, 2 patent və 1 müəlliflik şəhadətnaməsinin müəllifidir. Seolit katalizi sahəsində 2 monoqrafiyanın həmmüəllifidir.

Əməkdar müəllim fəxri adına layiq görülmüşdür. “Bakı Universitetinin xəbərləri” jurnalının readaktorunun müavini, Kimya fakültəsinin Elmi Şurasının, BDU-nun nəzdində fəaliyyət göstərən D.02.011 Dissertasiya Şurasının üzvüdür.

Digər yazılar

ABDULLAYEV QİYAS

MİRZƏYEV BƏŞİR

ƏBİLOV S.

MƏMMƏDƏMİN ƏFƏNDİ

BƏŞİROV ƏNVƏR AĞAMİRZƏ OĞLU

HÜSEYNOV CƏBRAYIL ƏLƏKBƏR OĞLU

ZÜLFÜQARLI CÜMŞÜD İSMAYIL OĞLU

İSGƏNDƏROV MƏDƏT ƏLİ OĞLU

ƏHMƏDLİ MURTUZA QASIM OĞLU

ƏLİZADƏ İSLAM QAFAR OĞLU

ƏLƏKBƏROVA SƏKİNƏ ƏŞRƏF QIZI

QƏMBƏROV DƏMİR HEYDƏR OĞLU

MӘHӘRRӘMOV ABEL MƏMMƏDƏLİ OĞLU

İSMAYILOV VALEH MEHRALI OĞLU

BABAYEV FİKRƏT RZAQULU OĞLU

ƏZİZOV ABDULSƏYİD ƏBDÜLHƏMİD OĞLU

ƏHMƏDOV ELDAR İSA OĞLU