30-06-2017
 

ƏZİZOV ABDULSƏYİD ƏBDÜLHƏMİD OĞLU

1 may 1951-ci ildə anadan olmuşdur. 1968-ci ildə Bakı Dövlət Universitetinin kimya fakültəsinə daxil olmuş və 1973-ci ildə həmin fakültəni bitirmişdir. 1973-1975-ci illərdə Qəbələ rayonunun Nohurqışlaq kənd orta məktəbində kimya müəllimi işləmişdir. 1975-78-ci illərdə Moskva A.N.Topçiyev adına Neft-Kimya Sintezi İnstitutunun aspirantı olmuşdur. 1978-ci ildən BDU-nun Yüksəkmolekullu birləşmələr kimyası kafedrasında əmək fəaliyyətinə başlamış, baş laborant, laboratoriya müdiri, müəllim və dosent vəzifələrində çalışmışdır. 1980-ci ildə namizədlik, 2004-cü ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 2004-cü ildən BDU-nun Yüksəkmolekullu birləşmələr kimyası kafedrasının professorudur. 2006-cı ildən BDU-nun Kimya fakültəsinin dekanı vəzifəsində çalışır.

 Elmi fəaliyyəti əsasən polimerlərin xlorlaşma və oksidləşmə xlorfosforlaşması ilə kimyəvi modifikasiya, polimer nanokompozitlərin sintezi, polifunksional polimerlərə ağır metal ionlarının və toksiki üzvi birləşmələrin sorbsiya qanunauyğunluqlarının tədqiqinə həsr olunmuşdur. 160-a yaxın elmi əsərin müəllifidir. Ali məktəblər üçün Azərbaycan dilində bir sıra metodik göstəriş, dərslik, dərs vəsaitləri və monoqrafiya hazırlamışdır. Aparılan tədqiqatların praktiki nəticələrinə aid 1 müəlliflik şəhadətnaməsi, Azərbaycan Respublikasının 4 patenti və 1 Beynəlxalq patent (ABŞ) alınmışdır. Rəhbərliyi ilə 2 namizədlik və 1 nəfər doktorluq dissertasiyası müdafiə etmişdir. «Tərəqqi» medalı ilə təltif olunmuşdur. 

Digər yazılar

ABDULLAYEV QİYAS

MİRZƏYEV BƏŞİR

ƏBİLOV S.

MƏMMƏDƏMİN ƏFƏNDİ

BƏŞİROV ƏNVƏR AĞAMİRZƏ OĞLU

HÜSEYNOV CƏBRAYIL ƏLƏKBƏR OĞLU

ZÜLFÜQARLI CÜMŞÜD İSMAYIL OĞLU

İSGƏNDƏROV MƏDƏT ƏLİ OĞLU

ƏHMƏDLİ MURTUZA QASIM OĞLU

ƏLİZADƏ İSLAM QAFAR OĞLU

ƏLƏKBƏROVA SƏKİNƏ ƏŞRƏF QIZI

QƏMBƏROV DƏMİR HEYDƏR OĞLU

MӘHӘRRӘMOV ABEL MƏMMƏDƏLİ OĞLU

İSMAYILOV VALEH MEHRALI OĞLU

BABAYEV FİKRƏT RZAQULU OĞLU

ƏZİZOV ABDULSƏYİD ƏBDÜLHƏMİD OĞLU

ƏHMƏDOV ELDAR İSA OĞLU