30-06-2017
 

MӘHӘRRӘMOV ABEL MƏMMƏDƏLİ OĞLU

5 yanvar 1950-ci ildə anadan olmuşdur. 1966-cı ildə orta məktəbi medalla bitirərək Bakı Dövlət Universitetinin Kimya fakültəsinə daxil olmuş və 1971-ci ildə oranı bitirmişdir. 1973-cü ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin aspiranturasına daxil olmuş, 1976-cı ildə  namizədlik dissertasiyası, 1991-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş və həmin ildən də professordur. 1993-cü ildən 1999-cu ilədək BDU-nun Kimya fakültəsinin dekanı, 1999-cu ildən Bakı Dövlət Universitetinin rektorudur. 2002-ci ildən Üzvi kimya kafedrasının müdiridir.  Onun təşəbbüsü ilə kafedra nəzdində «Zərif üzvi sintez» Elmi-tədqiqat laboratoriyası yaradılmışdır.

 Elmi tədqiqatlarının əhatə dairəsi çoxşaxəli olub, kimyanın müxtəlif sahələrini (üzvi, neft, polimer, nanomateriallar və kristallokimya və s.) əhatə edir. Onun rəhbərliyi ilə  universitetdə “Yüksək Texnologiyalar Mərkəzi“ yaradılmışdır.

A.M. Məhərrəmov 2000-ci ildə «Əməkdar elm xadimi» fəxri adına layiq görülmüş və 2009-cu ildə «Şöhrət» ordeni ilə təltif olunmuşdur. 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2007-ci ildə həqiqi üzvü seçilmişdir.

2000-ci ildə elm və texnologiya sahəsində səmərəli fəaliyyətinə görə İqtisadi Əməkdaşlıq Təşkilatının «Qızıl Medal»ına, 2004-cü ildə Rumıniyanın Komandor dərəcəli ali «Qızıl Ulduz» ordeninə, 2012-ci ildə «Elm və Texnologiya sahəsində İSESCO mükafatı»na layiq görülmüşdür. Bir çox ölkələrin (Türkiyənin, Rusiyanın, Qazaxıstanın, Rumınıyanın və s.) universitetlərinin Fəxri doktoru, 2014-cü ildən Gürcüstan EA-nın üzvüdür.

Azərbaycanda və xaricdə nəşr olunmuş 1200-dən artıq elmi əsərin, o cümlədən 50 patent, 16 monoqrafiya, 51 dərslik və dərs vəsaitinin müəllifidir. Rəhbərliyi ilə 50-yə qədər  kimya elmləri doktoru və kimya elmləri üzrə fəlsəfə doktoru hazırlanmışdır. 2000-ci ildən Üzvi kimya ixtisası üzrə BDU-nun nəzdində yaradılmış doktorluq və namizədlik Dissertasiya Şurasının sədridir.

2005-2010-cu illərdə Azərbaycan Respublikası Milli Məclisinə III və IV çağırış Millət Vəkili seçilmişdir.

Digər yazılar

ABDULLAYEV QİYAS

MİRZƏYEV BƏŞİR

ƏBİLOV S.

MƏMMƏDƏMİN ƏFƏNDİ

BƏŞİROV ƏNVƏR AĞAMİRZƏ OĞLU

HÜSEYNOV CƏBRAYIL ƏLƏKBƏR OĞLU

ZÜLFÜQARLI CÜMŞÜD İSMAYIL OĞLU

İSGƏNDƏROV MƏDƏT ƏLİ OĞLU

ƏHMƏDLİ MURTUZA QASIM OĞLU

ƏLİZADƏ İSLAM QAFAR OĞLU

ƏLƏKBƏROVA SƏKİNƏ ƏŞRƏF QIZI

QƏMBƏROV DƏMİR HEYDƏR OĞLU

MӘHӘRRӘMOV ABEL MƏMMƏDƏLİ OĞLU

İSMAYILOV VALEH MEHRALI OĞLU

BABAYEV FİKRƏT RZAQULU OĞLU

ƏZİZOV ABDULSƏYİD ƏBDÜLHƏMİD OĞLU

ƏHMƏDOV ELDAR İSA OĞLU