05-07-2017
 

ƏHMƏDLİ MURTUZA QASIM OĞLU

4 mart 1906-cı ildə anadan olmuşdur. 1930-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Pedaqoji fakültəsinin Təbiət şöbəsini bitirmişdir. 1930-cu ildə elmi-pedaqoji fəaliyyətə başlamışdır. 1948-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş və həmin ildə professor eimi adı almışdır. 1941-ci ildən 1979-cu ilə qədər Bakı Dövlət Universitetinin Analitik kimya kafedrasının müdiri vəzifəsində çalışmışdır. “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif edilmiş, Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür. Elmi fəaliyyəti əsasən üzvi reaktivlərin analitik kimyada tətbiqi ilə əlaqədardır. Azərbaycanda fotometrik analiz metodunun əsasını qoymuş və inkişaf etdirmişdir. Yeni üzvi reaktivlər sintez etmiş  və onları qeyri-üzvi maddələrin təyinində tətbiq etmiş, məlum reaktivlərin analitik imkanlarının artırılması sahəsində mühüm tədqiqatlar aparmışdır. Məhlulda kompleks əmələgəlmə reaksiyalarını təkmilləşdirərək, mürəkkəb tərkibli üçlü sistemlərdən istifadə zamanı, fotometrik təyinatlarda, həssaslıq və seçicilik kimi analitik göstəricilərin əhəmiyyətli dərəcədə yüksəldiyini müəyyən etmişdir. “Qeyri-üzvi ion – üzvi reaktiv – amin” sistemlərinin ekstraksiya imkanlarını tədqiq edərək mühüm nəzəri və praktiki nəticələr əldə etmişdir. Keçmiş SSRİ-nin bir sıra elmi-tədris mərkəzləri və akademiklər N.N.Semyonov, İ.P.Alimarin, Y.A.Zolotov, İ.V.Tananayev, A.K.Babko, İ.M.Korenman, N.S.Poluetkov kimi görkəmli alimlərlə əlaqələr yaradaraq Azərbaycanda analitik kimyanın inkişafına və kimyaçı alimlərin hazırlanmasında yaxından iştirak etmiş və onlara rəhbərlik etmişdir. 400-dən çox elmi əsərin müəllifidir. Rəhbərliyi ilə 18 namizədlik və doktorluq dissertasiyası müdafiə olunmuşdur.

Digər yazılar

ABDULLAYEV QİYAS

MİRZƏYEV BƏŞİR

ƏBİLOV S.

MƏMMƏDƏMİN ƏFƏNDİ

BƏŞİROV ƏNVƏR AĞAMİRZƏ OĞLU

HÜSEYNOV CƏBRAYIL ƏLƏKBƏR OĞLU

ZÜLFÜQARLI CÜMŞÜD İSMAYIL OĞLU

İSGƏNDƏROV MƏDƏT ƏLİ OĞLU

ƏHMƏDLİ MURTUZA QASIM OĞLU

ƏLİZADƏ İSLAM QAFAR OĞLU

ƏLƏKBƏROVA SƏKİNƏ ƏŞRƏF QIZI

QƏMBƏROV DƏMİR HEYDƏR OĞLU

MӘHӘRRӘMOV ABEL MƏMMƏDƏLİ OĞLU

İSMAYILOV VALEH MEHRALI OĞLU

BABAYEV FİKRƏT RZAQULU OĞLU

ƏZİZOV ABDULSƏYİD ƏBDÜLHƏMİD OĞLU

ƏHMƏDOV ELDAR İSA OĞLU