05-07-2017
 

İSGƏNDƏROV MƏDƏT ƏLİ OĞLU

1909-cu ildə anadan olmuşdur. 1922-ci ildə Gəncədəki Sənət Texnikumuna daxil olmuş və 1927-ci ildə oranı bitirmişdir. Təyinatla Laçına  göndərilmiş və 1929-cu ilədək orada müəllim işləmişdir. Həmin ildə Bakıdakı Kənd Təsərrüfatı İnstitutuna qəbul olunmuşdur. 1932-ci ildə oranı bitirərək aqronom ixtisasına yiyələnmiş və SSRİ Elmlər Akademiyasının (Leninqrad) aspiranturasına daxil olmuşdur. 1935-ci ildə aspiranturanı bitirmiş və dissertasiya müdafiə edərək kimya elmləri namizədi alimlik dərəcəsi almışdır. 1935-37-ci illərdə Yalta şəhərində yerləşən Nikitin adına Botanika bağında Kimya laboratoriyasının müdiri işləmişdir. 1937-1941-ci illərdə BDU-da Üzvi kimya kafedrasının müdiri və Kimya fakültəsinin dekanı vəzifələrində işləmişdir. 1941-ci ildə siyasi əqidəsinə görə Sibirə sürgün edilmişdir. 1956-cı ildə bəraət qazandıqdan sonra, yenidən Bakıya qayıtmış və BDU-nun Üzvi kimya kafedrasında dosent, 1965-ci ildən isə yeni təşkil olunmuş Yüksəkmolekullu birləşmələr kimyası kafedrasının müdiri işləmişdir. 1964-cü ildə doktorluq dissertasiyası müdafiə etmiş və həmin ildə ona professor adı verilmişdir.

1965-67-ci illərdə Tümen Sənaye İnstitutunda Üzvi kimya kafedrasının müdiri və Kimya texnologiyası fakültəsinin dekanı işləmişdir. 1967-1968-ci illərdə isə İvano-Frankovski adına Neft və Qaz İnstitutunda Kimya kafedrasına rəhbərlik etmişdir. 1968-ci ildən ömrünün sonunadək EA-nın Polimer Materialları İnstitutunda laboratoriya müdiri vəzifəsində işləmişdir.

Elmi-tədqiqat işləri polikondensləşmə üsulu ilə poliefirlərin alınması və onların fiziki-kimyəvi xassələrinin öyrənilməsinə və mümkün tətbiq sahələrinin müəyyən edilməsinə həsr olunmuşdur. 60 elmi əsərin, 5 müəlliflik şəhadətnaməsinin müəllifidir. Rəhbərliyi ilə 2 elmlər namizədi hazırlanmışdır.

Digər yazılar

ABDULLAYEV QİYAS

MİRZƏYEV BƏŞİR

ƏBİLOV S.

MƏMMƏDƏMİN ƏFƏNDİ

BƏŞİROV ƏNVƏR AĞAMİRZƏ OĞLU

HÜSEYNOV CƏBRAYIL ƏLƏKBƏR OĞLU

ZÜLFÜQARLI CÜMŞÜD İSMAYIL OĞLU

İSGƏNDƏROV MƏDƏT ƏLİ OĞLU

ƏHMƏDLİ MURTUZA QASIM OĞLU

ƏLİZADƏ İSLAM QAFAR OĞLU

ƏLƏKBƏROVA SƏKİNƏ ƏŞRƏF QIZI

QƏMBƏROV DƏMİR HEYDƏR OĞLU

MӘHӘRRӘMOV ABEL MƏMMƏDƏLİ OĞLU

İSMAYILOV VALEH MEHRALI OĞLU

BABAYEV FİKRƏT RZAQULU OĞLU

ƏZİZOV ABDULSƏYİD ƏBDÜLHƏMİD OĞLU

ƏHMƏDOV ELDAR İSA OĞLU