05-07-2017
 

ZÜLFÜQARLI CÜMŞÜD İSMAYIL OĞLU

30 yanvar 1905-ci ildə anadan olmuşdur. 1913-cü ildə Naxçıvan şəhərində əvvəlcə rus-tatar, sonra 1918-1921-ci illərdə şəhər və «Rüşdiyyə» məktəblərində oxumuşdur. 1921-1922-ci illərdə Sirabda ibtidai məktəb müdiri işləmişdir. 1923-1924-cü illərdə Bakı şəhərində fəhlə fakültəsində oxumuşdur. 1924-cü ildə Ali Pedaqoji İnstitutun təbiət şöbəsinə daxil olmuş və 1927-ci ildə oranı bitirmişdir. 1927-1929-cu illərdə Cəbrayıl qəzası maarif şöbəsinin müdiri işləmiş, eyni zamanda Füzuli şəhərində orta məktəbdə müəllimlik etmişdir. 1929-1930-cu illərdə ekstern yolu ilə Bakı Dövlət Universitetinin (BDU) pedaqoji fakültəsinin təbiət şöbəsini bitirmiş, 1930-1932-ci illərdə Azərbaycan Dövlət Elmi-Pedaqoji İnstitutunun 2 illik aspiranturasına daxil olmuşdur. 1932-1934-cü illərdə Müdafiə Nazirliyi metod sektoru rəhbərinin müavini vəzifəsində işləmişdir. 1934-1938-ci illərdə Azərnəşr tədris-pedaqoji şöbəsinin müdir müavini, sonra isə müdiri işləmişdir. 1937-ci ildə namizədlik, 1963-cü ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1942-1945-ci illər ikinci Dünya müharibəsində iştirak etmiş və briqada kimya xidməti rəisi və batalyon komandiri olmuşdur. 1945-1950-ci illər EA-nın Neft İnstitutunda analitik laboratoriyanın müdiri, 1951-1952-ci illərdə BDU-nun kimya fakültəsinin dekanı vəzifələrində işləmişdir.

1957-ci ildən ömrünün axırına kimi BDU-nun Qeyri-üzvi kimya kafedrasına rəhbərlik etmişdir. 1960-cı ildə ona «Qeyri-üzvi kimya» ixtisası üzrə professor adı verilmişdir. 1968-ci ildə EA-nın müxbir üzvü seçilmişdir. 1970-ci ildən EA-nın Kimya Elmləri bölməsinin akademik katibinin müavini vəzifəsində çalışmaqla yanaşı, 1974-cü ildən ömrünün axırınadək BDU-nun kimya fakültəsinin problem laboratoriyasının rəhbəri olmuşdur.

Elmi fəaliyyətinin əsas istiqaməti neftdə, sularda, torpaqda, çökmə və püskürmə süxurlarında mikroelementlərin yayılmasına həsr edilmişdir. Alimin rəhbərliyi ilə aparılmış tədqiqatlar əsasında kaustobiolitlərdə, lay sularında və süxurlarda mikroelementlərin yayılmasının xarakteri, onların birləşmə forması və korrelyativ qarşılıqlı əlaqələri haqqında çox qiymətli məlumat əldə edilmişdir.

300-dən artıq elmi əsərin, o cümlədən kimya tarixinə dair 50 məqalənin müəllifidir. Rəhbərliyi ilə 14 elmlər namizədi hazırlanmışdır. Əməkdar elm xadimi, SSRİ və Azərbaycan SSR qabaqcıl maarif xadimi fəxri adlarına layiq görülmüşdür. 

Digər yazılar

ABDULLAYEV QİYAS

MİRZƏYEV BƏŞİR

ƏBİLOV S.

MƏMMƏDƏMİN ƏFƏNDİ

BƏŞİROV ƏNVƏR AĞAMİRZƏ OĞLU

HÜSEYNOV CƏBRAYIL ƏLƏKBƏR OĞLU

ZÜLFÜQARLI CÜMŞÜD İSMAYIL OĞLU

İSGƏNDƏROV MƏDƏT ƏLİ OĞLU

ƏHMƏDLİ MURTUZA QASIM OĞLU

ƏLİZADƏ İSLAM QAFAR OĞLU

ƏLƏKBƏROVA SƏKİNƏ ƏŞRƏF QIZI

QƏMBƏROV DƏMİR HEYDƏR OĞLU

MӘHӘRRӘMOV ABEL MƏMMƏDƏLİ OĞLU

İSMAYILOV VALEH MEHRALI OĞLU

BABAYEV FİKRƏT RZAQULU OĞLU

ƏZİZOV ABDULSƏYİD ƏBDÜLHƏMİD OĞLU

ƏHMƏDOV ELDAR İSA OĞLU