05-07-2017
 

HÜSEYNOV CƏBRAYIL ƏLƏKBƏR OĞLU

13 yanvar 1914-cü ildə anadan olmuşdur. 1930-cu ildə Azərbaycan Sənaye İnstitutunun (hazırda ADNA) Kimya-texnologiya fakültəsinə daxil olmuş, 1935-ci ildə bitirmişdir. 1950-ci ildə namizədlik, 1962-ci ildə doktorluq dissertasiyasını müdafiə etmiş, professor elmi adı almışdır. Çoxsaylı proseslərin və sənayedə tətbiq olunan ixtiraların müəllifidir. Uzun illər Yeni Bakı Neftayırma, Azərneftyağ, Sintetik kauçuk zavodlarında rəhbər vəzifələrdə çalışmışdır. Əmək və elmi fəaliyyətinin əsas hissəsi Bakı neftayırma zavodlarında Azərbaycan neftlərindən istehsal olunan sürtkü yağlarının istehsal texnologiyasının təkmilləşdirilməsi və keyfiyyətinin yaxşılaşdırılmasına həsr olunmuşdur.

1961-1967-ci illərdə Bakı Dövlət Universitetinin Kimya fakültəsinin dekanı, eyni zamanda Kimya texnologiyası kafedrasının müdiri vəzifəsində çalışmışdır. BDU-da neft texnologiyasına dair oxuduğu mühazirələr üç hissədən ibarət dərslik halında dərc edilmişdir. Bu dərsliklər rumın və çin dillərinə tərcümə edilmişdir. 7 monoqrafiya, 187 elmi əsər, 10 patentin müəllifidir, 8 elmlər namizədi hazırlamışdır. 1959-cu ildə Sumqayıt şəhərindən Azərbaycan SSR Ali Sovetinə deputat seçilmiş, bir sıra medallarla təltif edilmişdir. 

Digər yazılar

ABDULLAYEV QİYAS

MİRZƏYEV BƏŞİR

ƏBİLOV S.

MƏMMƏDƏMİN ƏFƏNDİ

BƏŞİROV ƏNVƏR AĞAMİRZƏ OĞLU

HÜSEYNOV CƏBRAYIL ƏLƏKBƏR OĞLU

ZÜLFÜQARLI CÜMŞÜD İSMAYIL OĞLU

İSGƏNDƏROV MƏDƏT ƏLİ OĞLU

ƏHMƏDLİ MURTUZA QASIM OĞLU

ƏLİZADƏ İSLAM QAFAR OĞLU

ƏLƏKBƏROVA SƏKİNƏ ƏŞRƏF QIZI

QƏMBƏROV DƏMİR HEYDƏR OĞLU

MӘHӘRRӘMOV ABEL MƏMMƏDƏLİ OĞLU

İSMAYILOV VALEH MEHRALI OĞLU

BABAYEV FİKRƏT RZAQULU OĞLU

ƏZİZOV ABDULSƏYİD ƏBDÜLHƏMİD OĞLU

ƏHMƏDOV ELDAR İSA OĞLU