BƏŞİROV ƏNVƏR AĞAMİRZƏ OĞLU
1920-ci ildə anadan olmuşdur. 1934-cü ildə Pedaqoji Texnikumu bitirdikdən sonra indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təbiət fakültəsində təhsil almışdır. 1941-ci ildə oranı bitirdikdən sonra II Dünya müharibəsində iştirak etmış, 1945-ci ildə ordu sıralarından tərxis olnmuşdur. 1947-ci ildə Bakı Dövlət Universitetinin aspiranturasına daxil olmuş, 1949-cu ildə namizədlik dissertasiyası müdafiə etmışdir. 1949-cu ildən BDU-nun “Analitik kimya “ kafedrasında baş müəllim, 1965-ci ildən dosent vəzifəsində işləmişdir. 1972-ci ildə “Bəzi üzvi reagentlərin və onların III qrup elemenrləri, kobalt, nikel, və mislə komplekslərinin spektrofotometrik tədqiqi” mövzusunda doktorluq işini müdafiə etmışdir. Onun əsas elmi fəaliyyəti üzvi reaktivlərin analitik kimyaya tətbiqi ilə bağlıdır. O, Azərbaycanda spektrofotometrik üsulun əsasını qoyan və onu inkişaf etdirən alimlərdəndir. Onun elmi fəaliyyətinin əsasını yeni üzvi reaktivlərin sintezi və onların qeyri-üzvi maddələrin analizində tətbiqi ilə yanaşı məlum reaktivlərin analitik imkanlarının genişləndirilməsi və yaxşılaşdırması təşkil edir. O, kompleks birləşmələr kimyası sahəsində də mühüm işlər görmüşdür. Onun müxtəlif liqandlı komplekslərin alınması və onların xassələrinin tədqiqi sahəsindəki işləri xüsusi əhəmiyyət kəsb edir. 1986-cı ildən ömrünün sonunadək BDU-nun “Analitik kimya” kafedrasının professoru olmuşdur. 1983-1988-ci illərdə BDU-nun kimya fakültəsinin dekanı vəzifəsində işləmişdir. 70-dən artıq elmi məqalənin, dərs vəsaitinin və metodiki göstərişin müəllifidir. O, “ Qırmızı Ulduz” ordeni ilə təltıf olunmuşdur.