YAQUBOV NAĞI İBRAHİM
Yaqubov Nağı İbrahim oğlu, 1978-ci ildə Bakı Dövlət Universitetinin kimya fakültəsinin əyani şöbəsini kimyaçı, kimya müəllimi ixtisası üzrə bitirmişdir. 1978-ci ildə BDU-nun kimya fakültəsinin Ümumi və qeyri-üzvi kimya kafedrasına laborant təyin olunmuşdur. 1987-ci ildə baş laborant, 1993-cü ildə 0,5 ştat müəllim, 1995-ci ildə tam ştat müəllim, 1997-ci ildə baş müəllim vəzifəsinə keçmişdir. 1990-cı ildə “Синтез и исследование физико-химических свойств халькогаллатов и халькоиндатов элементов II А подгруппы “ mövzusunda kimya elmləri namizədi adı almışdır . 1999-cu ildə Bakı Dövlət Universitetinin kimya fakültəsinin dekan müavini vəzifəsinə təyin edilmişdir. 2001-ci ildə həmin kafedraya müsabiqə yolu ilə dosent əvəzi keçmiş, 2002-ci ildə isə dosent diplomu almışdır. 1999-2007-cı illərdə fakültə elmi şurasının üzvü və fakültə metod şuranın katibi vəzifəsində işləmişdir. 2014-cü ildən fakültə elmi şurasının üzvü vəzifəsində çalışır. 2017-ci ildə “Ca–Ga (In)–Se(Te) üçlü sistemlərində faza əmələgəlmənin fiziki-kimyəvi əsasları və alınan fazaların xassələri “ mövzusuda kimya üzrə elmlər doktoru elmi dərəcəsi almışdır. O, ali təhsilin bakalavr və magistratura pilləsində müxtəlif ixtisas fənlərindən (ümumi kimya, qeyri-üzvi kimya, yarımkeçricilər kimyası, radiasiya kimyası, dərman maddələrinin texnalogiyası, qeyri-üzvi materialşunaslıq, bərk cisimlər kimyası və s.) mühazirə, laboratoriya və seminar dərsləri aparır. Yerli və xarici elmi jurnallarda və konfrans materiallarında çap olunmuş 160 elmi əsərin, o cümlədən 69 elmi məqalənin, bu məqalələr ABŞ-da, Böyük Britaniyada. Almaniyada, Fransada, Rusiyanın müxtəlif adlı bir neçə jurnallarında, Çexiyada, Avstraliyada, İsveçdə, İsveçrədə, Bolqarstanda, Polşada, Macarstanda, Avstriyada və s. xarici ölkə jurnallarında çap edilmişdir. Həmçinin iki dərslik, iki dərs vəsaiti və bir monoqrafiyanın müəllifidir. Bu məqalələrdən 14-ü impakt-faktorlu indeksli jurnallarda dərc olunmuşdur. İki müəlliflik şahadətnaməsi və bir patent almışdır. Yaqubov N.İ. 2007-cü ildən BDU-nun kimya fakültəsi nəzdində fəaliyyət göstərən İxtisaslaşdırılmış Şuranın Elmi Seminarının üzvüdür.