12-09-2018
 

Sıxəliyev Namiq Qürbət oğlu

Telefon: (+99412)510-10-48

E-mail: namiqst@gmail.com

 

 

 

 

 

 

QISA BİOQRAFİK MƏLUMAT

N.Q.Şıxəliyev 18 dekabr 1970-ci ildə Biləsuvar rayonunda anadan olmuşdur. O, 1988-1990-cıillərdə keçmiş Sovet ordusunda xidmət etmişdir. Hərbi xidmətdən sonra 1992-ci ildə Bakı Dövlət Universitetinin kimya fakültəsinə daxil olmuş və 1997-ci ildə oranı fərqlənmə diplomu ilə başa vurmuşdur. Həmin ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin göndərişi ilə BDU-nun kimya fakültəsinin Neft kimyası və kimya texnologiyası kafedrasının nəzdində fəaliyyət göstərən Alkenilfenollar və karbonilli birləşmələr kimyası elmi-tədqiqat laboratoriyasına gənc mütəxəssis kimi kiçik elmi işçi vəzifəsinə götürülmüşdür. 1995-ci ildə kimya fənni üzrə tələbələr arasında Respublika Kimya olimpiadasının qalibi olmuşdur. 1995-2000-ci illərdə kimya üzrə beynəlxalq Mendeleyev olimpiadasına Azərbaycan komandasını hazırlamışdır. 1999-2000-ci illərdə Moskva Dövlət Universitetində akademik N.S.Zefirovun laboratoriyasında elmi-tədqiqat işləri aparmış və 2000-ci ildə akademik A.M.Məhərrəmovun rəhbərliyi ilə «Elektrofil birləşmə reaksiyalarında nukleofuqperxlorat və sulfonat anionlarının kovalent əlaqələnməsi» mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 2009-cu ildə akademik A.M.Məhərrəmov və MDU-nun professoru V.Q.Nenaydenkonun elmi məsləhətçilikləri ilə «Katalitik olefinləşmə reaksiyası əsasında üzvi sintez və koordinasion kimyada yeni yanaşmalar» mövzusunda elmi-tədqiqat işinə başlamış və 2015-ci ildə doktorluq dissertasiyasını müdafiə etmişdir.

TƏHSİLİ VƏ ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

1992-1997-ci illərdə Bakı Dövlət Universitetinin kimya fakültəsində təhsil alıb (fərqlənmə diplomu ilə bitirib)

2000- kimya elməri namizədi

2015- kimya elmləri doktoru

1997-2001-ci illərdə kimya fənni üzrə beynəlxalq olimpiadalarda Azərbaycan komandasının Üzvi kimya ixtisası üzrə müəllimi olmuş və Bişkek, Minsk, Moskva şəhərlərində keçirilən beynəlxalq olimpiadalarda Azərbaycan komandasına rəhbərlik etmişdir.

2002-ci ildən BDU kimya fakültəsində Üzvi kimya fənni üzrə mühazirələr deyir.

2008-cu ildə Azərbaycan komandası ilə Seulda keçirilən Dünya olimpiadasında iştirak etmişdir.

2000, 2009,2010-cu illərdə Bakıda keçirilən beynəlxalq və dünya olimpiadalarında münsiflər heyətinin üzvü olmuşdur.

ƏMƏK FƏALİYYƏTİ

1999-2006-cı illər Tələbə Həmkarlar Komitəsinin sədri

2002-2007-ci illərdə rektor köməkçisi

2007-2015-ci illər kimya fakültəsinin Elmi İşlər üzrə dekan müavini

2015-ci ildən Üzvi kimya kafedrasının müdir müavini 

100-ən çox elmi əsərin müəllifidir.

4 dərs vəasiti

1 patent

N.Q.Şıxəliyev 100-dən çox elmi əsərin, ocümlədən 4 kitabın müəllifidir. Tədqiqatlarından alınmış nəticələr «NewJournal of Chemistry», «CatalysisToday», «Journal of Molecular Structure», «Tetrahedron», «Журнал Органической химии», «Химия гетероциклических соединений», «ИзвестияРАН», «BeilsteinJournal of OrganicChemistry», «Journal of Biotechnology» və digər nüfuzlu jurnallarda çap olunmuşdur. O, 1 kimya üzrə fəlsəfə doktoru və 7 magistr dissertasiya işinə rəhbərlik etmişdir. Hazırda rəhbərliyi altında 5 doktorant və 2 magistrant çalışır.

TƏDQİQAT SAHƏSİ

N.Q.Şıxəliyev müxtəlif sinif karbonillibirləşmələrdən katalitik olefinləşmə reaksiyası əsasında funksionaləvəzlialkenlərin sintezi və onların üzvi sintezdə, koordinasion kimyada yeni sintetik imkanlarını tədqiq etmişdir. Bis-(2,4-bis(trixlormetil))-1,3,5- triazapentadienatoMe(II) və Me(III) komplekslərin yeni sintez üsulunun əsaslarını, kompleks əmələgəlməyə təsir edən amilləri, bu komplekslərdə qeyri-kovalent halogen-halogen əlaqələrinin mövcudluğunu RQA tədqiqatlar əsasında ilk dəfə olaraq aşkar etmiş və komplekslərin katalizator aktivliyini öyrənmişdir. Katalitik olefinləşmə reaksiyasının ion mayesi mühitində aparılmasının üstünlüklərini müəyyən etmişdir.

DÖVLƏT VƏ BEYNƏLXALQ PROQRAM VƏ QRANTLAR

1. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu. "Elm-Təhsil  İnteqrasiyası müsabiqəsi" 2016/2017.

SEÇİLMİŞ ƏSƏRLƏRİ

İmpakt faktorlu jurnallarda dərc olunmuş elmi əsərlər:

1. Shixaliyev  Namig G.,  Abel M. Maharramov,  Atash V. Gurbanov, Valentine G. Nenajdenko, Vasily M. Muzalevskiy, Kamran T. Mahmudov, Maximilian N. Kopylovich. “Zinc(II)-1,3,5-triazapentadienate complex as effective catalyst in Henry reaction”. Catalysis Today 217 (2013) 76–79.

2. В.М.Музалевский, А.М.Магеррамов, Н.Г.Шихалиев, Н.В.Гурбанова, С.Дж.Гейдарова, Е.С.Баленкова, А.В.Шастин, В.Г.Ненайденко. “Синтез ди(галогенвинил) бензолов на основе реакции каталитического  олефинирования”. Известия РАН. 2013, № 3, c. 677–681.

3. Shixaliyev Namig G., Abel M. Maharramov, Atash V. Gurbanov, Nurana V. Gurbanova, Valentine G. Nenajdenko, Vasily M. Muzalevskiy, Kamran T. Mahmudov, Maximilian N. Kopylovich. " Structure and supramolecular arrangement of bis(2,4-bis(trichloromethyl)-1,3,5-triazapenta-dienato)-M(II) [M=Ni(II), Cu(II) and Pd(II)] complexes". Journal of Molecular Structure. http://dx.doi.org/10.1016/j.molstruc. 2013.03.024

4. Shixaliyev N.G.,  A.M. Maharramov, A.V. Gurbanov, V.G. Nenajdenko, V.M. Muzalevskiy, K.T. Mahmudov, M.N. Kopylovich, L.Martins. “Halogen –bonded tris (2,4-bis(trichloromethyl) -1,3,5-triazapentadienato)-M(III) [M=Mn, Fe, Co] complexes and their catalytic in the peroxidative oxidation of 1-phenylethanol to acetophenone”. New J. Chem., 2014, 38, 4807—4815.

5. В.М.Музалевский, А.М.Магеррамов, Н.Г.Шихалиев, С.Дж. Гейдарова, М.А. Мамедова, Е.С.Баленкова, А.В.Шастин, В.Г.Ненайденко. "Синтез бисгетероциклических соединений с фениленовым мостиком на основе 1,4- и 1,3-бис(2-хлор-2-циановинил)бензолов". Химия гетероциклических соединений. 2013.№6. С.973-979

6. V.M.Muzalevskiy, A.V.Shastin, A.D.Demidovich,A.M.Magerramov, N.G.Shixaliyev, V.N.Khrustalev,R.D. Rakhimov, S.Z. Vatsadze ,V.G. Nenajdenko. “A new approach to ferrocene derived alkenes via coppercatalyzed olefination”. Beilstein Journal of Organic Chemistry. 2015. səh. 2072-2078.

7. V.M. Muzalevskiy, A.V. Shastin A.M. Maharramov, A.N.Teymurova, V.Q.Nenaydenko. “Ionic liquids as a reusable media for copper catalysis. Green access to alkenes using catalytic olefination reaction”. Tetrahedron. Volume 72, Issue 45, 10 November 2016, Pages 7159–7163.

8. В.М. Музалевский, А.М.Магеррамов, Н.Г.Шихалиев, Е.С.Баленкова, А.В.Шастин, П.В.Дороватовский, Я.З.Зубавичу, В.Н.Хрусталев, В.Г.Ненайденко. “Синтез диенов с тетрафторфениленовым мостиком на основе реакции каталитического олефинирования. Новые перспективные мономеры для конструирования молекулярных архитектур с взаимодействиями  галоген-галоген”. Известия Академии наук. Серия химическая. 2016, vol.65, № 6, c. 1541-1544.

9. Israyilova A, Buroni S, Forneris F, Scoffone VC, Shixaliyev NQ, Riccardi G, Laurent R.C. “Biochemical characterization of glutamate racemase –a new candidate drug target against Burkholferia cenocepacia infections. PLOS ONE, journal.pone.0167350, november 29, 2016, s.1-17.

10. A.M.Maharramov, M.A.Ramazanov, G.A.Guliyeva, A.E.Huseynzada, U.A.Hasanova, N.G.Shikhaliyev, G.M.Eyvazova, S.F.Hajiyeva, I.G.Mamedov. “Synthesis, investigation of the new derivatives of dihydropyrimidines and determination of their biological activity”. Journal of Molecular Structure 1141, 2017, s.39-43.

 

Digər yazılar

Nağıyev Farid Nadir oğlu

Nağıyev Farid Nadir oğlu

Mahmudova Natəvan İbrahim qızı

SADIXOVA NURLANA DİLQƏM qızı

Hacıyeva Sərvinaz

Ağayev Mircavid

Axundzadə Hacı Vahid

Əliyev Əlibala Rasim oğlu

Cəfərova Yeganə Kərim qızı

Hacıyev Sərdar Məhəmməd oğlu

Məmmədova Səadət Osman qızı

Şükürova Güntəkin Mirələm qızı

Mustafayeva Kəmalə Zirəddin qızı

Rəhimova Aysel Ruflan qızı

Həsənova Zivər Tofiq qızı

Səminə Sultanova Qeys qızı

Qurbanova Təranə Rəcəb qızı

Şixəlibəyli Şahlar Şövkət oglu

İsmiyev Arif İdris oğlu

Əsgərov Rizvan Kamil oğlı