Qarazadə Xatirə Ağacəlil qızı
Tel: (+99412)510-10-48
E-mail: garazade77@mail.ru
QISA BİOQRAFİK MƏLUMAT
24 mart 1977-ci ildə Kürdəmir rayonunda anadan olmuşdur. 1994-cü ildə Kürdəmir rayon 13 saylı orta məktəbi bitirmişdir. O, 1994-1998-ci illərdə BDU kimya fakültəsinin bakalavr, 1998-2000-ci illərdə isə magistratura pilləsində təhsil almışdır. Elə həmin ildə Üzvi kimya kafedrasının nəzdində fəaliyyət göstərən “Süni antigenlər və vaksinlər kimyası” ETL-da baş laborant vəzifəsinə təyin olunmuşdur. O, 2001-ci ildə Üzvi kimya ixtisası üzrə dissertanturaya qəbul edilmiş və işlədiyi ETL-da kiçik elmi işçi vəzifəsinə keçirilmişdir. 2006-cı ildə “Karbon və neft turşularının müxtəlif hidroksil saxlayan birləşmələrlə termiki efirləşməsi” mövzusunda dissertasiya işi müdafiə etmiş, 2008-ci ildə isə kimya elmlər namizədi dərəcəsini almışdır. O, bu müddətdən sonra da elmi fəaliyyətini davam etdirmişdir. 2013-cü ildə “Zərif üzvi sintez” ETL-da böyük elmi işçi vəzifəsinə təyin edilmişdir. 2014-cü ildə kafedranın elmlər doktoru proqramı üzrə doktoranturaya qəbul olunmuş, hazırda da elmi iş üzərində çalışmaqdadır.
O, elmi-tədqiqatla bərabər pedaqoji fəaliyyətlə də məşğuldur. Belə ki, 2013-cü ildən kafedrada “Üzvi kimya”, “Dərman maddələrinin sintezi” , “Boyaq maddələrinin sintezi” , “Üzvi sintez” və s. fənlərdən ingilis qruplarında mühazirə və məşğələ dərslərini saathesabı qaydada aparmışdır. 2016-cı ildən kafedranın müəllimi vəzifəsinə təyin edilmişdir.
TƏHSİLİ, ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
1983-1994 – Kürdəmir rayon 13 saylı orta məktəb
1994-1998 – BDU, kimya fakültəsi, bakalavriatura (bakalavr)
1998-2000 – BDU, kimya fakültəsi, magistratura (magistr)
2001-2006 – BDU, Üzvi kimya, dissertantura (kimya elmlər namizədi)
2014 – bu günə qədər - BDU, Üzvi kimya, elmlər doktoru proqramı üzrə doktorantura
ƏMƏK FƏALİYYƏTİ
2000-2001 – baş laborant, “Süni antigenlər və vaksinlər kimyası” ETL
2001-2013 – kiçik elmi işçi, “Zərif üzvi sintez” ETL
2013 – böyük elmi işçi, “Zərif üzvi sintez” ETL
2016 – müəllim, Üzvi kimya kafedrası, ingilis, rus, Azərbaycan bölmələrində
45 elmi əsəri, 1 dərs vəsaiti, 3 patenti var, 1 qrant layihəsinin iştirakçısıdır.
TƏDQİQAT SAHƏSİ
Dibromoasetonitril əsasında 1,3,5-triazapentadienato M(III) (M = Mn, Fe, Co) komplekslərinin sintezi, bu sintezdə qeyri-kovalent əlaqələrin rolu, sintez edilən komplekslərin tətbiq sahələrinin öyrənilməsi.
BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI
- Karbon turşularının spirtlərlə və bəzi hidroksilli birləşmələrlə termiki efirləşdirilməsi Akademik Həsən Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Ekologiya: təbiət və cəmiyyət problemləri” Beynəlxalq elmi konfrans, Bakı, 2007, səh. 486
- Neft turşularının bəzi çevrilmələri Ümummilli lider Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransının materialları, Bakı, 2008, səh.115
- Dietilbenzolların mono- və dixlor əvəzli məhsullara xlorlaşdırılması Azərbaycan Texniki Universiteti Elmi əsərlər Fundamental elmlər seriyası, №2, cild VIII(30), Bakı, 2009, səh. 165-166
- Neft turşusunun bəzi çevrilmələri Ümummilli lider Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş respublika elmi konfransının materialları, 2008, səh.115-116
- Dietilbenzolların mono- və dixlor əvəzli məhsullara xlorlaşdırılması Azərbaycan Texniki Universiteti Elmi əsərlər Fundamental elmlər seriyası, №2, cild VIII(30), Bakı, 2009, səh. 165-166
- Neft turşusunun bəzi çevrilmələri Ümummilli lider Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş respublika elmi konfransının materialları, 2008, səh.115-116
- Synthesis of derivatives of styrene on the basis of ethylbenzole transformations International congress on organic chemistry dedicated to the 150th anniversary of the Butlerovs Theory of chemical structure of organic compounds, Kazan, 2011, p.66
- Efficient method synthesis of cannabimimetic pyrroles GeoHet-2011 2nd international conference on organic chemistry “Advances in heterocyclic chemistry”, 2011, p.120
- Bəzi karbon və neft turşularının etilendiaminlə reaksiyaları əsasında funksionaləvəzli birləşmələrin sintezi və onların antimikrob aşqar kimi xassələri III International scientific conference of young researchers, dedicated to the 92nd Anniversary of the national leader of Azerbaijan, Heydar Aliyev, Qafqaz Universiteti, 17-18 aprel, 2015, Bakı, səh.242-245
SEÇİLMİŞ ƏSƏRLƏRİ
- Oб этерификации карбоновых кислот спиртами Известия ВУЗов, Химия и химическая технология, 2012, том 55, вып. 1, стр. 115-120
- Синтез и свойства производных нефтяных кислот в кaчестве антимикробных присадок к смазочно-охлаждающим жидкостям Akademik Ə.M.Quliyevin 100 illik yubileyinə həsr olunmuş respublika elmi konfransı, Məruzələrin tezisləri, Bakı, 2012, səh. 57
- Cинтез и ингибирующие свойства некоторых азотсодержащих производных нефтяных кислот Журнал «Азербайджанское нефтяное хозяйство», №9, 2012, s. 39-42
- Cинтез некоторых азотсодержащих производных стирола Журнал «Известия ВУЗов, Химия и химическая технология», Иваново, 2012, том 55, вып. 7, стр. 13-16
- Синтез и свойства производных нефтяных кислот в качестве антимикробных присадок к смазочно-охлаждающим жидкостям Akademik Ə.M.Quliyevin 100 illik yubileyinə həsr olunmuş respublika elmi konfransı, Məruzələrin tezisləri, Bakı, 2012, səh. 57
- Синтез и исследование некоторых производных нефтяных кислот в качестве антимикробных присадок к смазочно-охлаждающим жидкостям Журнал «Известия ВУЗов. Химия и химическая технология», Иваново, 2013, т.56, №3, стр.106-107
- Синтез производных этилбензола на основе превращений 1-хлор-1-фенилэтана “Kimya problemləri” jurnalı, №4, 2013, səh. 492-495
- Исследование реакции карбоновых кислот с этаноламином Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş doktorant, magistr və gənc tədqiqatçıların “Kimyanın aktual problemləri” VIII Respublika Elmi Konfransının materialları, Bakı, 2014, səh.37-38
- О синтезе 2-алканамидоэтилалканоатов Третья всероссийская научная конференция (с международным участием) «Успехи синтеза и комплексообразования», Москва, 2014, стр. 109
- О синтезе производных стирола “Kimya problemləri” jurnalı, №1(13), 2015, səh. 105-107
- Об особенностях нуклеофильного замещения атома хлора в 1-хлор-1-фенилэтане Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş doktorant, magistr və gənc tədqiqatçıların “Kimyanın aktual problemləri” IX Respublika elmi konfransının materialları, Bakı, 2015, səh. 11-13
- Karbon turşularının ammonyak və tiokarbamidlə amidləşmə reaksiyalarının mexanizmləri haqqında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş doktorant, magistr və gənc tədqiqatçıların “Kimyanın aktual problemləri” IX Respublika elmi konfransının materialları, Bakı, 2015, səh. 90-91
KİTABLAR
1. Химические основы жизнедеятельности Учебное пособие для высших учебных заведений, Баку, 2014
DÖVLƏT VƏ BEYNƏLXALQ PROQRAM VƏ QRANTLAR
2017 – 1-ci Azərbaycan- Rusiya birgə beynəlxalq qrant layihəsi