İrandan gəlmiş qonaq Kimya fakültəsində mühazirə ilə çıxış edib
16 oktyabr 2019-cu il tarixində, saat 10:15-də Kimya fakültəsinin 381 saylı auditoriya otağında İrandan gəlmiş Farzaneh Emami “Introduction to Cosmetic Science” (Kosmetika elminə giriş) mövzusunda mühazirə ilə çıxış etmişdir. Mühazirədə Kimya fakültəsinin professor-müəllim heyəti, ETL işçiləri, doktorant, magistrant və bakalavr tələbələri iştirak etmişdir. Mühazirə auditoriyada böyük marağa səbəb olmuş və diskusiya şəraitində davam etmişdir.
Qeyd edək ki, Farzaneh Emami 1982-ci ildə Təbriz şəhərində anadan olmuşdur. Bakalavr təhsilini 2002-2007-ci illərdə İranın Təbriz şəhərində Amirkabir Texnologiyalar İnstitutunun Tekstil mühəndisliyi fakültəsində “Tekstil kimyası və Lif elmi mühəndisliyi” ixtisası üzrə almışdır. 2008-2010-cu illərdə isə Rəng elmi və Texnologiyaları İnstitutunda “Rəng elmi və texnologiyası mühəndisliyi” ixtisası üzrə magistr təhsili almışdır. Magisr dissertasiyası “Sənaye tullantı sularının reaktiv boyaq maddələrindən Fenton prosesi ilə təmizlənməsi” mövzusunda olmuşdur.