04-11-2019
 

BDU-nun 100 illiyi LDU-da qeyd edilib

Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubiley tədbirləri çərçivəsində universitetin rektoru Elçin Babayev başda olmaqla, BDU-nun nümayəndə heyəti-prorektorlar Aydın Kazımzadə, Əliş Ağamirzəyev, Tarix fakültəsinin dekanı, professor İbrahim Zeynalov, Kimya fakültəsinin dekan müavini Elvin Məlikov, Kadrlar şöbəsinin müdiri Nəzakət İsayeva Lənkəran Dövlət Universitetində olublar.

LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimovla qonaqların görüşü səmimi və işgüzarlıq şəraitində keçib. Diskussiya zamanı Natiq İbrahimov əlamətdar yubiley münasibətilə BDU-nun bütün kollektivini, professor-müəllim –tələbə heyətini ürəkdən təbrik edib. Bildirib ki, ölkədə təhsilin və elmin inkişafına verdiyi böyük töhfələrə, Azərbaycana dəyərli ziyalılar ordusu bəxş etdiyinə görə Ümummilli lider Heydər Əliyev “Bakı Dövlət Universitetini Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli sərvəti, milli iftixarı” adlandırıb. LDU rəsmisi onu da qeyd edib ki, Lənkəran Dövlət Universiteti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 sentyabr 1991-ci il tarixli qərarı ilə BDU-nun Lənkəran filialı kimi açılıb, Nazirlər Kabinetinin 1992-ci il 23 iyun tarixli sərəncamı ilə dövlət statuslu ali məktəb kimi fəaliyyətə başlayıb. N.İbrahimov Lənkəran Dövlət Universitetində son illərdə görülən işlər, təhsilin yenilənməsi istiqamətində atılan addımlar barədə BDU-nun nümayəndə heyətinə ətraflı məlumat verib və BDU-dan gələn qonaqlara LDU-da görülən işlərlə əyani tanış olmaq imkanı yaradılıb.

Digər yazılar

TÜRKİYƏNİN EGE UNİVERSİTETİ İLƏ ONLİNE GÖRÜŞ KEÇİRİLİB

BURAXILIŞ İŞLƏRİN MÜDAFİƏSİNƏ START VERİLDİ

BDU-DA YAZ İMTAHAN SESSİYASI BAŞLAYIB

HEYDƏR ƏLİYEVİN MİLLİ MƏNƏVİ DƏYƏRLƏRƏ QAYĞISI

HEYDƏR ƏLİYEVİN TƏHSİL QURUCULUĞUNDA ROLU

“DÖVLƏTÇİLİK TARİXİMİZDƏ CÜMHURİYYƏTİN YERİ“

GÜLBƏN MƏMMƏDOVANIN ELMİ SEMİNARI KEÇİRİLDİ

"KÜTLƏ SPEKTROSKOPİYASI METODU" MÖVZUSUNDA ELMİ SEMİNAR

BU GÜN AKADEMİK RƏFİQƏ XANIM ƏLİYEVANIN ANIM GÜNÜDÜR

"KİMYA VƏ KİMYA TEXNOLOGİYASI" ADLI ELMİ KONFRANS

“KİMYA GECƏSİ” ADLI TƏDBİR KEÇİRİLİB

"İLKİN MOTİVASİYA" ADLI TƏLİM KEÇİRİLİB

HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCANIN NEFT STRATEGİYASI

"ASILILIQ PSİXOLOGİYASI" MÖVZUSUNDA TƏLİM

"XARİCİ DİLİN ÖYRƏNİLMƏ METODLARI" ADLI TƏDBİR

TƏLƏBƏLƏRİMİZ FƏXRİ XİYABANDA

ELMƏ GEDƏN YOL

"KİMYA - HƏYATIMIZIN PARÇASI" MÖVZUSUNDA TƏDBİR

TƏLƏBƏLƏRİMİZ HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ

APREL DÖYÜŞLƏRİNİN 7-Cİ İLDÖNÜMÜ