Fakültədə "Elm və əyləncə-2" adlı tədbir keçirildi
09.12.2019-cu il tarixində BDU-Tələbə Həmkarlar İttifaqı Komitəsi, Tələbə Elmi Cəmiyyəti və Tələbə Gənclər Təşkilatının birgə əməkdaşlığı ilə kimya fakültəsində "Elm və əyləncə-2" tədbiri təşkil olunmuşdur. Kimya fakültəsi THİK sədri Xəyalə Hüseynzadənin rəhbərliyi ilə hazırlanmış fakültənin yaranmasının 85 illiyinə həsr olunmuş videoçarx nümayiş olundu. Hacıyev Elvin və Hacılı Şərqiyyənin təqdimatında milli rəqs nümayiş olundu. II kurs tələbəsi Musazadə Mahmud və I kurs magistr Emil Aydınsoyun çıxışları müəllim-tələbə heyəti tərəfindən xüsusi rəğbətlə qarşılandı. Günün əsas qəhrəmanlarından olan tələbələrin təqdimatında (Allahyarova Səadət "Misir gecələri", Quluzadə Xədicə "Rəngli alovların alınması", Hacıyev Elvin "Şəkərin kömürləşməsi", Mustafayeva Ayşən "Fil dişi məcunu") reaksiyalar əyanı nümayiş olundu. Tədbir "Shades of music" qrupunun çıxışı ilə xüsusi maraqla davam etdi. Daha sonra dekan müavini Taleh Qəhrəmanov tərəfindən layihə iştirakcılarına fakültə dekanlığı adından diplomlar təqdim edildi.