17-12-2019
 

Kimya fakültəsinin əməkdaşlarının 100 illiyi münasibətilə dövlət tətliflərinin təqdimetmə mərasimi

Dekabrın 16-da Bakı Dövlət Universitetinin (BDU) 100 illiyi münasibətilə dövlət təltiflərinin təqdimetmə mərasimi keçirilib.

Mərasimdə çıxış edən Təhsil naziri Ceyhun Bayramov Bakı Dövlət Universitetinin ölkədə ali təhsil sisteminin inkişafında, yeni elm və təhsil müəssisələri şəbəkəsinin formalaşmasında əvəzsiz rolundan söz açıb. Ceyhun Bayramov çıxışında universitetin yubileyi ilə bağlı ölkə səviyyəsində və xaricdə silsilə tədbirlər həyata keçirildiyini xüsusi diqqətə çatdırıb.  Nazir bildirib ki, 2019-cu il Azərbaycan təhsil tarixində BDU yubileyi kimi yaddaşlarda qalacaq.

Ötən tədris ilinin mühüm məqamları, təhsil nailiyyətlərinə toxunan Ceyhun Bayramov sonda BDU əməkdaşlarını təbrik edib, hər birinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Daha sonra Bakı Dövlət Universitetinin əməkdaşlarına 100 illik münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə fəxri adlar, orden və medallar təqdim olunub. Kimya fakültəsinin dekanı Abdulsəyid Əzizov əməkdar elm xadimi, "Kimyanın tədrisi metodikası" kafedrasının müdiri Yasin Cəfərov və "Analitik kimya" kafedrasının dosenti Rizvan Abdullayev əməkdar müəllim fəxri ad, "Üzvi kimya" kafedrasının müdiri Abel Məhərrəmov ikinci dərəcəli əmək ordeni, "Fiziki və kolloid kimya" kafedrasının müdiri Eldar Əhmədov üçüncü dərəcəli əmək ordeni verilmişdir.

Fakültənin əməkdaşları adından təltif olunanları təbrik edirik!

Digər yazılar

TÜRKİYƏNİN EGE UNİVERSİTETİ İLƏ ONLİNE GÖRÜŞ KEÇİRİLİB

BURAXILIŞ İŞLƏRİN MÜDAFİƏSİNƏ START VERİLDİ

BDU-DA YAZ İMTAHAN SESSİYASI BAŞLAYIB

HEYDƏR ƏLİYEVİN MİLLİ MƏNƏVİ DƏYƏRLƏRƏ QAYĞISI

HEYDƏR ƏLİYEVİN TƏHSİL QURUCULUĞUNDA ROLU

“DÖVLƏTÇİLİK TARİXİMİZDƏ CÜMHURİYYƏTİN YERİ“

GÜLBƏN MƏMMƏDOVANIN ELMİ SEMİNARI KEÇİRİLDİ

"KÜTLƏ SPEKTROSKOPİYASI METODU" MÖVZUSUNDA ELMİ SEMİNAR

BU GÜN AKADEMİK RƏFİQƏ XANIM ƏLİYEVANIN ANIM GÜNÜDÜR

"KİMYA VƏ KİMYA TEXNOLOGİYASI" ADLI ELMİ KONFRANS

“KİMYA GECƏSİ” ADLI TƏDBİR KEÇİRİLİB

"İLKİN MOTİVASİYA" ADLI TƏLİM KEÇİRİLİB

HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCANIN NEFT STRATEGİYASI

"ASILILIQ PSİXOLOGİYASI" MÖVZUSUNDA TƏLİM

"XARİCİ DİLİN ÖYRƏNİLMƏ METODLARI" ADLI TƏDBİR

TƏLƏBƏLƏRİMİZ FƏXRİ XİYABANDA

ELMƏ GEDƏN YOL

"KİMYA - HƏYATIMIZIN PARÇASI" MÖVZUSUNDA TƏDBİR

TƏLƏBƏLƏRİMİZ HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ

APREL DÖYÜŞLƏRİNİN 7-Cİ İLDÖNÜMÜ