05-02-2020
 

Əməkdaşımış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycan Nümayəndəliyi ilə birgə təşkil etdiyi III Respublika İnnovasiya Müsabiqəsində iştirak etmişdir

Bakı Dövlət Universitetinin əməkdaşı Günel Əliyeva Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycan Nümayəndəliyi ilə birgə təşkil etdiyi Üçüncü Respublika İnnovasiya Müsabiqəsində iştirak etmişdir. Günel Əliyeva müsabiqəyə Bakı Dövlət Universitetinin professoru Ülviyyə Həsənova və  AMEA-nın Fizika İnstitutunun fəlsəfə doktoru Şıxəmir Eminovun rəhbərliyi ilə “Nanomembrane” adlı layihə təqdim etmişdir. Müəllifi olduğu layihənin finala vəsiqə qazanması ilə əlaqədar olaraq  Günel Əliyeva  29-31 yanvar 2020-ci il tarixində Estoniyada  keçirilən STARTUP Day” proqramında iştirak etmişdir. Layihə əsasında Günel Əliyeva 66 ölkənin  iştirak etdiyi STARTUP Day”proqramında Tartu Universitetinin və Tallin Universitetinin əməkdaşları ilə məhsuldar görüşlər keçirmişdir. Tartu Biotexnologiya parkının tədqiqatçıları müxtəlif mühitlərdən nanoölçülü quruluşların ayrılmasında nanomembranların tətbiqinin maraqlı olduğunu vurğulayaraq bu barədə əməkdaşımızla fikir mübadiləsi aparmışlar.

Qeyd etmək lazımdır ki, Günel Əliyeva magistratura üzrə təhsil aldığı müddətdə  Erasmus İCM+ qrant layihəsinin qalibi olmuş və layihə çərçivəsində öz təhsilini Türkiyənin Yıldız Texnik Universitetində davam etdirmişdir Həmin müddətdə müxtəlif programlara qatılmış və proqramda göstərdiyi yüksək nəticəyə görə “GC-GAS CHROMATOGRAPHY” və “HPLC-HİGH PERFORMANCE LİQUİD CHROMATOGRAPHY” üzrə mütəxəssis sertifikatına  layiq görülmüşdür. 2018-ci ildə Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunmuş Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının müvafiq bəndinin icrasını təmin etmək məqsədilə keçirilən   “İdeya var” gənclərin II Ümumrespublika elmi-yaradıcılıq müsabiqəsində “Ekologiya ,ətraf mühit və təbiətdən rasional istifadə. Tibb və Səhiyyə sahəsində innovasiyalar” nominasiyası üzrə “TiO2 nanohissəcikləri və Şiff əsasları iştirakında fotokimyəvi üsulla  suyun üzvi birləşmələrdən və digər çirkləndiricilərdən  təmizlənməsi” adlı layihə təqdim etmiş və innovativ yanaşmama görə II yerə layiq görülmüşdür. 5 məqaləsi 11 tezisi var.

Digər yazılar

TÜRKİYƏNİN EGE UNİVERSİTETİ İLƏ ONLİNE GÖRÜŞ KEÇİRİLİB

BURAXILIŞ İŞLƏRİN MÜDAFİƏSİNƏ START VERİLDİ

BDU-DA YAZ İMTAHAN SESSİYASI BAŞLAYIB

HEYDƏR ƏLİYEVİN MİLLİ MƏNƏVİ DƏYƏRLƏRƏ QAYĞISI

HEYDƏR ƏLİYEVİN TƏHSİL QURUCULUĞUNDA ROLU

“DÖVLƏTÇİLİK TARİXİMİZDƏ CÜMHURİYYƏTİN YERİ“

GÜLBƏN MƏMMƏDOVANIN ELMİ SEMİNARI KEÇİRİLDİ

"KÜTLƏ SPEKTROSKOPİYASI METODU" MÖVZUSUNDA ELMİ SEMİNAR

BU GÜN AKADEMİK RƏFİQƏ XANIM ƏLİYEVANIN ANIM GÜNÜDÜR

"KİMYA VƏ KİMYA TEXNOLOGİYASI" ADLI ELMİ KONFRANS

“KİMYA GECƏSİ” ADLI TƏDBİR KEÇİRİLİB

"İLKİN MOTİVASİYA" ADLI TƏLİM KEÇİRİLİB

HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCANIN NEFT STRATEGİYASI

"ASILILIQ PSİXOLOGİYASI" MÖVZUSUNDA TƏLİM

"XARİCİ DİLİN ÖYRƏNİLMƏ METODLARI" ADLI TƏDBİR

TƏLƏBƏLƏRİMİZ FƏXRİ XİYABANDA

ELMƏ GEDƏN YOL

"KİMYA - HƏYATIMIZIN PARÇASI" MÖVZUSUNDA TƏDBİR

TƏLƏBƏLƏRİMİZ HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ

APREL DÖYÜŞLƏRİNİN 7-Cİ İLDÖNÜMÜ