18-02-2020
 

Kimya fakültəsinin müəllimi SABAH tələbələrinə “Alimliyə gedən yol” mövzusunda təlim keçib

SABAH Karyera Akademiyası proqramı çərçivəsində 11-13 fevral 2020-ci il tarixlərində, Şamaxıda təşkil edilən SABAH IV Karyera Qış Məktəbi layihəsində, BDU-nun Kimya fakültəsinin Elmi işlər üzrə dekan müavini, “Yüksəkmolekullu birləşmələr kimyası” kafedrasının müəllimi, kimya üzrə fəlsəfə doktoru, Prezident mükafatçısı Elvin Yaşar oğlu Məlikov təlimçi qismində iştirak edib. Təlimçi "Alimliyə gedən yol" mövzusunda təqdimatla çıxış edib.

Motivasiya xarakterli təlimdə tələbələr gənc alimin uğur hekayəsi ilə tanış olublar. Bundan başqa təlimçi tələbələri alim olmaq üçün etməli olduqları işlər və qazanmalı olduqları keyfiyyətlərlə məlumatlandırıb. Təlim çərçivəsində elmi tədqiqatların həyata keçirilməsi, əldə edilən nəticələrin elmi əsərə çevrilərək nəşr etdirilməsinin effektiv yolları təlimçi tərəfindən tələbələrə izah edilib.

Təlimdə işirak etdiyinə görə Elvin Məlikov Təhsil nazirliyi tərəfindən təşəkkürnamə ilə təltif edilib.

76 tələbənin iştirak etdiyi SABAH IV Karyera Qış Məktəbində işədüzəlmə, akademik fəaliyyət və sahibkarlıq sahələri üzrə bilik və bacarıqlarının artırılması istiqamətində təlimlər təşkil edilib.

Qeyd edək ki, Elvin Məlikov 2018 və 2019-cu illərdə təşkil olunmuş SABAH II və III Karyera Qış Məktəblərində də təlimçi qismində iştirak etmişdir

Digər yazılar

TÜRKİYƏNİN EGE UNİVERSİTETİ İLƏ ONLİNE GÖRÜŞ KEÇİRİLİB

BURAXILIŞ İŞLƏRİN MÜDAFİƏSİNƏ START VERİLDİ

BDU-DA YAZ İMTAHAN SESSİYASI BAŞLAYIB

HEYDƏR ƏLİYEVİN MİLLİ MƏNƏVİ DƏYƏRLƏRƏ QAYĞISI

HEYDƏR ƏLİYEVİN TƏHSİL QURUCULUĞUNDA ROLU

“DÖVLƏTÇİLİK TARİXİMİZDƏ CÜMHURİYYƏTİN YERİ“

GÜLBƏN MƏMMƏDOVANIN ELMİ SEMİNARI KEÇİRİLDİ

"KÜTLƏ SPEKTROSKOPİYASI METODU" MÖVZUSUNDA ELMİ SEMİNAR

BU GÜN AKADEMİK RƏFİQƏ XANIM ƏLİYEVANIN ANIM GÜNÜDÜR

"KİMYA VƏ KİMYA TEXNOLOGİYASI" ADLI ELMİ KONFRANS

“KİMYA GECƏSİ” ADLI TƏDBİR KEÇİRİLİB

"İLKİN MOTİVASİYA" ADLI TƏLİM KEÇİRİLİB

HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCANIN NEFT STRATEGİYASI

"ASILILIQ PSİXOLOGİYASI" MÖVZUSUNDA TƏLİM

"XARİCİ DİLİN ÖYRƏNİLMƏ METODLARI" ADLI TƏDBİR

TƏLƏBƏLƏRİMİZ FƏXRİ XİYABANDA

ELMƏ GEDƏN YOL

"KİMYA - HƏYATIMIZIN PARÇASI" MÖVZUSUNDA TƏDBİR

TƏLƏBƏLƏRİMİZ HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ

APREL DÖYÜŞLƏRİNİN 7-Cİ İLDÖNÜMÜ