26-02-2020
 

Kimya fakültəsində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş “Xocalı Harayı!” adlı ədəbi-bədii tədbir keçirilib

25.02.2020-ci il tarixində  Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş “Xocalı Harayı!” adlı ədəbi-bədii tədbir keçirilib.  Kimya fakültəsinin dekan müavini  Taleh Qəhrəmanov  tədbiri giriş sözü ilə açdıqdan sonra , faciə qurbanlarının və Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Anım tədbiri  birinci kurs tələbəsi  Fidan Hüseyinlinin aparıcılığı ilə davam etmişdir. O, Xocalı faciəsi haqqda hadisələrin ağırlığını özün də əks etdirən, tarixi faktlara əsaslanan cıxış etdi.

Kimya  fakültəsinin  professorları  Teymur İlyaslı, Yasin Cəfərov, Namiq Şıxəliyev  Xocalı faciəsinin səbəbləri, bu soyqırımı törədənlər haqqında tarixi faktlar əsasında məruzə etmişdir. Azərbaycan gənclərinin bu terror aktınm dünya  ictimaiyyətinə çatdınlması üçün dövlətimizin ətrafinda sıx birləşməyə dəvət etmişdir.

Bədii hissə ilə davam edən tədbirdə  Xocalı soyqrımını  əks etdirən videoçarx nümayiş olunub,  Birinci kurs tələbələri  Yasin Yusif,  Cavadzadə  Günel,  Möhsümova Seyidxanım, Əli Qədirli, Lalə Həsənova,  Mayis Babayev, Musalı Ebru, Ağayeva Püstəxanımın  ifasında Xocalı soyqırımına həsr olunmuş şeirlər səsləndirilib,  xocalı qətliamını əks etdirən səhnəcik təqdim edilib.

Digər yazılar

TÜRKİYƏNİN EGE UNİVERSİTETİ İLƏ ONLİNE GÖRÜŞ KEÇİRİLİB

BURAXILIŞ İŞLƏRİN MÜDAFİƏSİNƏ START VERİLDİ

BDU-DA YAZ İMTAHAN SESSİYASI BAŞLAYIB

HEYDƏR ƏLİYEVİN MİLLİ MƏNƏVİ DƏYƏRLƏRƏ QAYĞISI

HEYDƏR ƏLİYEVİN TƏHSİL QURUCULUĞUNDA ROLU

“DÖVLƏTÇİLİK TARİXİMİZDƏ CÜMHURİYYƏTİN YERİ“

GÜLBƏN MƏMMƏDOVANIN ELMİ SEMİNARI KEÇİRİLDİ

"KÜTLƏ SPEKTROSKOPİYASI METODU" MÖVZUSUNDA ELMİ SEMİNAR

BU GÜN AKADEMİK RƏFİQƏ XANIM ƏLİYEVANIN ANIM GÜNÜDÜR

"KİMYA VƏ KİMYA TEXNOLOGİYASI" ADLI ELMİ KONFRANS

“KİMYA GECƏSİ” ADLI TƏDBİR KEÇİRİLİB

"İLKİN MOTİVASİYA" ADLI TƏLİM KEÇİRİLİB

HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCANIN NEFT STRATEGİYASI

"ASILILIQ PSİXOLOGİYASI" MÖVZUSUNDA TƏLİM

"XARİCİ DİLİN ÖYRƏNİLMƏ METODLARI" ADLI TƏDBİR

TƏLƏBƏLƏRİMİZ FƏXRİ XİYABANDA

ELMƏ GEDƏN YOL

"KİMYA - HƏYATIMIZIN PARÇASI" MÖVZUSUNDA TƏDBİR

TƏLƏBƏLƏRİMİZ HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ

APREL DÖYÜŞLƏRİNİN 7-Cİ İLDÖNÜMÜ