06-05-2020
 

Akademik Rəfiqə xanım Əliyevanın anım günüdür

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, kimya elmləri doktoru, professor, əməkdar elm xadimi Rəfiqə xanım Əliyevanın əbədiyyətə qovuşduğu gündür. Görkəmli alim, akademik Rəfiqə Əlirza qızı Əliyeva onu tanıyanların yaddaşında əsl Azərbaycan qadını, elm fədaisi və humanist qəlbli insan kimi yaşayır, işıqlı xatirəsi daim ehtiramla anılır.

Əmək fəaliyyətinə 1956-cı ildə Azərbaycan Politexnik İnstitutunda başlayan Rəfiqə Əliyeva 1957-ci ildən etibarən Azərbaycan Dövlət Universitetində, 1958-1960-cı illərdə isə Azərbaycan Elmlər Akademiyasının Kimya Problemləri İnstitutunda kiçik elmi işçi kimi çalışmışdır. 1960-1963-cü illərdə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinin aspiranturasında təhsil alan Rəfiqə Əliyeva 1964-cü ildən ömrünün sonuna qədər universitetin analitik kimya kafedrasında işləmiş və burada assistent, baş müəllim, dosent, professor vəzifələrini tutmuşdur. O, 2001-ci ildən “Ekoloji kimya və ətraf mühitin mühafizəsi” elmi-tədqiqat laboratoriyasına rəhbərlik etmişdir.

Rəfiqə Əliyeva 1970-ci ildə namizədlik, 1999-cu ildə doktorluq dissertasiyalarını müdafiə etmiş və həmin ildə professor adına layiq görülmüşdür. 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilmişdir. O, Azərbaycanın elm tarixində analitik kimya ixtisası üzrə ilk və yeganə akademik kimi qalır.

Ömrünü kimya elminə həsr etmiş Rəfiqə Əliyeva bu sahədə yüksəkixtisaslı kadrların hazırlanmasına bütün bilik və bacarığını sərf etmişdir. Yarım əsrdən artıq pedaqoji fəaliyyətlə məşğul olan alimin araşdırmaları analitik reaksiyaları xarakterizə edən parametrlərlə kompleks birləşmələrin quruluşu arasındakı asılılığın müəyyən edilməsinə həsr olunub. Rəfiqə xanımın ətraf mühitin mühafizəsi ilə bilavasitə bağlı olan bir sıra tədqiqatları, eyni zamanda, üzvi reaktivlərin köməyi ilə metalların təyini və onların ayrılması metodikasının işlənib hazırlanmasına yönəlib. Ekologiyanın aktual problemləri ilə bağlı işləri isə ölkəmizin davamlı inkişafının təmin olunmasına öz töhfəsini verib.

450-dən artıq elmi əsərin, 25 dərslik və dərs vəsaitinin, 20 patentin müəllifi olan Rəfiqə Əliyeva bir sıra elmi şuraların və cəmiyyətlərin üzvü olmuşdur. Alimin rəhbərliyi altında 20-dən çox fəlsəfə və elmlər doktorları yetişdirilib.

Tanınmış kimyaçı alim Rəfiqə Əliyevanın məhsuldar elmi-pedaqoji fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə müstəqil Azərbaycan Respublikasının ali mükafatı - “Şöhrət” ordeni ilə təltif edilib.

2018-ci ildə “Azərbaycanım” Beynəlxalq Jurnalının redaksiya şurası “Akademik Rəfiqə Əliyeva adına Qızıl Orden” təsis edib.

Əgər insan xatırlanırsa, deməli, yaşayır. Rəfiqə xanımın xatirəsi daim yaşayacaq və əziz tutulacaq. Rəfiqə Əliyevanın xatirəsinin əbədiləşməsi onun qəlbinin incəliyindən, dərin zəkasından, insanlara məhəbbətindən, elm fədaisi olmasından qaynaqlanır.

Digər yazılar

Kimya fakültəsinin əməkdaşlarının məqaləsi Journal of Molecular Structure (impakt faktor 2.1) jurnalında dərc olunub

Kimya fakültəsində Milli Qurtuluş Gününə həsr olunmuş onlayn tədbir keçirilib

Kimya Fakültəsi THT-28 may -Tariximizin şanlı səhifəsi

Onlaine rejimində növbəti Elmi Şura keçirilmişdir

Kimya fakültəsi professor Qasım Hüseynovu 80 illik münasibətilə təbrik edir

BDU-nun Kimya fakültəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş "KİMYA: NƏZƏRİ VƏ TƏTBİQİ TƏDQİQATLAR" mövzusunda tələbələrin I virtual Elmi konfransı öz işini yekunlaşdırıb

BDU-nun Kimya fakültəsi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş "KİMYA: NƏZƏRİ VƏ TƏTBİQİ TƏDQİQATLAR" mövzusunda tələbələrin I virtual Elmi konfransını keçirir

Kimya fakültəsinin dekanlığın online rejimdə iclası keçirilib

Kimya fakültəsinin əməkdaşlarının "Molecules" jurnalında məqaləsi çap olunmuşdur

Heydər Əliyev yaratdığı müasir Azərbaycan dövlətçiliyinin özü kimi əbədidir

Prof. Alosmanov Rasim Mirəli oğlu Türkiyənin Elmi-texniki tədqiqatlar şurasının (Tübitak) Elmi təqaüdlər və qrantlar departamenti tərəfindən elan olunan layihənin qalibi oldu

Kimya Fakültəsi Tələbə Həmkarlar Təşkilatının online iclası baş tutmuşdur

Kimya fakültəsinin Elmi Şuranın növbəti iclası online rejimdə keçirildi

Akademik Rəfiqə xanım Əliyevanın anım günüdür

Kimya fakültəsinin tələbələri "evdə qal" kampaniyasına qoşuldular

Kimya fakültəsində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş “Xocalı Harayı!” adlı ədəbi-bədii tədbir keçirilib

Kimya fakültəsinin doktorantı Erasmus+ KA107 ICM tələbə-müəllim mübadilə proqramı üzrə Yıldız Teknik Universitetində elmi-tədqiqat işi aparmışdır

Kimya fakültəsinin müəllimi SABAH tələbələrinə “Alimliyə gedən yol” mövzusunda təlim keçib

Kimya fakültəsinin dissertantı Prezident mükafatına layiq görülüb

Əməkdaşımış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycan Nümayəndəliyi ilə birgə təşkil etdiyi III Respublika İnnovasiya Müsabiqəsində iştirak etmişdir