18-05-2020
 

BDU-nun Kimya fakültəsi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş "KİMYA: NƏZƏRİ VƏ TƏTBİQİ TƏDQİQATLAR" mövzusunda tələbələrin I virtual Elmi konfransını keçirir

Bakı Dövlət Universitetinin Kimya fakültəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş “Kimya: Nəzəri və Tətbiqi Tədqiqatlar” mövzusunda tələbələrin I Virtual Elmi konfransı öz işinə başlamışdır.

Konfransı giriş sözü ilə açan BDU-nun rektoru Elçin Babayev konfrans iştirakçılarını salamlamış və ölkəmizdə koronavirus (COVID-19) xəstəliyinin yayılmasının qarşısının alınması istiqamətində Respublikamızda və Universitetdə görülən qabaqlayıcı tədbirlər, xüsusi karantin rejimində tələbə və magistrantların təhsilinin davamlılığının təmin olunması haqqında məlumat vermişdir. O, pandemiyanın zərərli təsirlərinin qarşısının alınmasında cənab prezident İlham Əliyevin operativ fəaliyyətini xüsusi olaraq qeyd etmişdir. E.Babayev, öz nitqində pandemiya dövründə elmi fəaliyyəti davam etdirmək üçün onlayn platformanın və virtual konfransların əhəmiyyətini qeyd edərək konfransın işinə və iştirakçılara uğurlar arzu etmişdir.  

Kimya fakültəsinin dekanı Abdulsəyid Əzizov çıxış edərək fakültənin tədris və elmi fəaliyyəti, ötən il əldə olunan nailiyyətlər haqqında konfrans iştirakçılarını məlumatlandırmış və hazırki şəraitin fakültənin fəaliyyətinə təsiri, pandemiya dövründə əldə edilən nailiyyətlər haqqında söz açmışdır.

Fakültənin elmi işlər üzrə dekan müavini, Tələbə Elmi Cəmiyyətinin elmi rəhbəri Elvin Məlikov keçirilən konfrans haqqında iştirakçılara geniş məlumat vermiş, konfransa daxil olan materialların sayı, bölmələrdə aparılacaq müzakirələrdə iştirakçıların sayı haqqında söz açmışdır. Sonra o, konfransın plenar məruzəçilərini təqdim etmişdir.

Magistrantların və bakalavr tələbələrinin iştirak etdiyi plenar məruzələrdə Emil Aydınsoy, Qəmzə Yahyayeva, İlkin Süleymanov, Rəna Qənbərova, Aytən Mursaquliyeva və Saida Babayeva öz elmi tədqiqat işlərini təqdim edərək müxtəlif sualları cavablandırmışlar.

Qarşılıqlı diskussiya şəraitində davam edən konfransın ilk günü sualların cavablandırılması ilə yekunlaşmış və konfrans öz işini bölmələrdə davam etdirmişdir.

Konfransın proqramı: proqram.

Digər yazılar

TÜRKİYƏNİN EGE UNİVERSİTETİ İLƏ ONLİNE GÖRÜŞ KEÇİRİLİB

BURAXILIŞ İŞLƏRİN MÜDAFİƏSİNƏ START VERİLDİ

BDU-DA YAZ İMTAHAN SESSİYASI BAŞLAYIB

HEYDƏR ƏLİYEVİN MİLLİ MƏNƏVİ DƏYƏRLƏRƏ QAYĞISI

HEYDƏR ƏLİYEVİN TƏHSİL QURUCULUĞUNDA ROLU

“DÖVLƏTÇİLİK TARİXİMİZDƏ CÜMHURİYYƏTİN YERİ“

GÜLBƏN MƏMMƏDOVANIN ELMİ SEMİNARI KEÇİRİLDİ

"KÜTLƏ SPEKTROSKOPİYASI METODU" MÖVZUSUNDA ELMİ SEMİNAR

BU GÜN AKADEMİK RƏFİQƏ XANIM ƏLİYEVANIN ANIM GÜNÜDÜR

"KİMYA VƏ KİMYA TEXNOLOGİYASI" ADLI ELMİ KONFRANS

“KİMYA GECƏSİ” ADLI TƏDBİR KEÇİRİLİB

"İLKİN MOTİVASİYA" ADLI TƏLİM KEÇİRİLİB

HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCANIN NEFT STRATEGİYASI

"ASILILIQ PSİXOLOGİYASI" MÖVZUSUNDA TƏLİM

"XARİCİ DİLİN ÖYRƏNİLMƏ METODLARI" ADLI TƏDBİR

TƏLƏBƏLƏRİMİZ FƏXRİ XİYABANDA

ELMƏ GEDƏN YOL

"KİMYA - HƏYATIMIZIN PARÇASI" MÖVZUSUNDA TƏDBİR

TƏLƏBƏLƏRİMİZ HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ

APREL DÖYÜŞLƏRİNİN 7-Cİ İLDÖNÜMÜ